Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ABŞ səfirliyinə bina tikməyə “yox” cavabı



Vaxtilə WikiLeaks saytı tərəfindən yayılan məxfi teleqramlarında da yer alan bu problemin həlli dövlət katibi səviyyəsində belə müşkülə çevrilib; Hüseyn Abdullayevi bitirən ərazi məsələsi yenidən gündəmdə...


Azərbaycan hökuməti ABŞ-la əvvəllər imzalanmış müqaviləyə əsasən Bakıda bu ölkə üçün səfirlik binası tikilməsinə icazə verməkdən imtina edib. Səbəb 2013-cü il seçkilərinin nəticələrinin Vaşinqton tərəfindən tənqid edilməsidir.PİA.AZ bildirir ki,bu barədə “Turan”a məlumatlı diplomatik mənbələrdən bildirilib. Xəbərdə deyilir ki, bundan sonra dövlət katibi Con Kerri 2014-cü ilin fevralında prezident İlham Əliyevə məktub ünvanlayaraq rəsmi Bakını əməkdaşlığa çağırıb.

Agentlik qeyd edir ki, ABŞ üçün yeni səfirlik binasının tikilməsi zərurəti çoxdan yaranıb. Səfirliyin hazırda yerləşdiyi bina müasir standartlara cavab vermir, üstəlik, çox balacadır.
“Səfirliyin indiki binası acınacaqlı vəziyyətdədir. Menecerlər onu normal vəziyyətdə saxlamağa çox çalışsalar da binada vəziyyət normal deyil. Azərbaycan hökuməti səfirliyin yeni kompleks tikintisi üçün ərazi almaq cəhdlərinin qarşsını dəfələrlə alıb” deyə, ABŞ Dövlət Departamentinin 2014-cü ilin aprel-may aylarına dair hesabatında bildirilir.

Hesabatda həmçinin bildirilir ki, “vətəndaş cəmiyyətinə təzyiq tendensiyalarına” baxmayaraq Azərbaycan ABŞ-ın regiondakı ən vacib tərəfdaşıdır.

Bununla belə, sənəddə o da vurğulanır ki, “ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə hətta qarşılıqlı maraq doğuran sahələrdə də konstruktiv əməkdaşlıq münasibətlərini qaydaya salmaq səyləri seçkidən sonra çətinləşib”.



Qeyd edək ki, sabiq deputat Hüseyn Abdullayevlə hakimiyyət arasında narazılıq da məhz ABŞ səfirliyi üçün nəzərdə tutulan yeni bina məsələsinə görə gərginləşmişdi. Ötən ilin fevralında H.Abdullayev prezident İlham Əliyevə müraciətində bu barədə geniş məlumat vermişdi. Sabiq deputat iddia edirdi ki, Heydər Əliyev Mərkəzinin qarşısında - Yusif Səfərov küçəsi, 30 ünvanında, eləcə də Alatava küçəsi, 2 ünvanında yerləşən valideynlərinə məxsus torpaq sahələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələr imzalamış və ilkin razılaşma əldə olunmuşdur. Amma bu müqavilələr bağlandıqdan və alqı-satqı prosesinə start verildikdən sonra prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov H.Abdullayevə zəng edərək bildirib ki, onun  amerikanlarla müqavilə bağlamağı prezidenti qəzəbləndirib. “Hüseyn Abdullayev özündə hansı cəsarəti tapıb ki, mənim icazəm olmadan amerikanlarla müqavilə bağlayır. Biz Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsi ilə razı deyilik. Orada park tikiləcək” deyə, sabiq deputat müraciətində yazmışdı.

ABŞ-ın Tiflisdə yerləşən səfirlik binası bir neçə hektarlıq ərazidə yerləşir və daha çox hərbi bazanı xatırladır"


 H.Abdullayevin müraciətindən o məlum olurdu ki,  hakimiyyət orqanlarının yeni səfirlik binası üçün münasib ərazi ayrılmasına dair müraciətləri müsbət həll etmədiyini görən Birləşmiş Ştatların diplomatik missiyası məsələni özəl mülkiyyətçi ilə müqavilə bağlamaqla həll etməyə çalışıb. 



Azərbaycandakı ABŞ səfirliyinə yeni bina tikilməsi üçün ərazi ayrılması məsələsi hələ 1990-cı illərin sonlarından gündəmdədir və indiyədək həllini tapmayıb. Bu məsələ hətta WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik teleqramlarında da yer almışdı. Məlum olmuşdu ki, ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Berns Bakıya səfəri zamanı səfirlik üçün indiyədək ərazi ayrılmaması ilə bağlı narahatlığını ölkə rəhbərliyinə çatdırıb. Dövlət başçısı İlham Əliyev isə amerikalı diplomata vəd edib ki, bu məsələnin həll edilməsi üçün müvafiq strukturlara tapşırıq verəcək.

Daha sonra məsələ sabiq dövlət katibi Hillari Klintonun Bakıya 2011 və 2012-ci illərdəki səfərləri zamanı da qaldırılıb. H.Klinton Bakıda ABŞ səfirliyinin əməkdaşları ilə görüşündə buna toxunmuş və bildirmişdi ki, yeni səfirlik binası üçün yer ayrılması məsələsini prezidentlə müzakirə edib. O zaman mətbuat yazmışdı ki, ABŞ Dövlət Departamenti hökumətə müraciətində səfirlik binası üçün 3 hektar torpaq sahəsi ayrılmasını xahiş edib. Azərbaycan rəsmiləri isə paytaxtda resursların məhdud olduğunu əsas gətirərək ABŞ tərəfinə konkret cavab verməyiblər. Xatırladaq ki, ABŞ-ın Cənubi Qafqazda ən böyük səfirlik binası Tiflisdə yerləşir. Bir neçə hektarlıq ərazidə qərarlaşan rezidensiya səfirlikdən daha çox hərbi bazanı xatırladır. Rusiya mətbuatı səfirliyin ərazisində hətta raket əleyhinə sistemlərin yerləşdirildiyini də yazmışdı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar