Mayın 28-də Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Seyid market”in qarşısında 2 “VAZ”, “Mercedes E Class” və “Opel” markalı 4 avtomobil toqquşub. Nəticədə “VAZ 2110” markalı avtomobildə olan 2 nəfər xəsarət alıb.
Qəza nəticəsində ərazidə tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.(lent.az)
pia.az