Bakıda 3 otaqlı evdə yanğın baş verib
PİA.AZ-ın FHN-nin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
pia.az