Bakıda dəm qazından zəhərlənmə daha bir can alıb. Bu dəfəki hadisənin qurbanı paytaxtın məşhur həkimlərindən biridir
Belə ki, tanınmış cərrah-proktoloq, Bakı klinikalarından birində çalışan Rasim Həbibov dünən yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
1news.az məlumat verir ki, faktla bağlı araşdırma aparılır.
Mərhumun üç uşağı – oğlu və iki qızı qalıb.
pia.az