Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
PİA.AZ report.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
pia.az