Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 20,3%, Naxçıvanda 3,4% bahalaşma - Bu qədər fərq hardan və necə yaranır?


İqtisadçı ekspert: “Bakıda olduğu kimi Naxçıvanda da, ərzaq inflyasiyası monopoliyadan kənar deyil”.


Dövlət Statistika Komitəsinin ölkə üzrə ərzaq inflyasiyasının 18%-ə yaxın olması xəbərinə mən şübhə ilə yanaşıram”.

Bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli Dövlət Statistika Komitəsinin Bakıda və Naxçıvanda 2017-ci ilin yanvar-sentyabrında ərzaq mallarının bahalaşması haqqında verdiyi məlumatı PİA.AZ-a şərh edərkən deyib.

Dövlət Statistika Komitəsi məlumat verib ki, 2017-ci ilin yanvar-sentyabrında ərzaq inflyasiyası 2016-cı ilin eyni dövrünə nisbətən 17,9% təşkil edib. Bakıda bu göstərici 20,3% olub. Rəsmən işsizlərin olmadığı Naxçıvanda isə DSK-ya görə ərzaq cəmi 3,4% bahalanıb. 

Naxçıvanda bahalaşmanın Bakıya nisbətən 6 dəfə az olmasını nəylə izah etmək olar? Naxçıvan höküməti mərkəzi hökümətdən daha effektli və səmərəli çalışır, yoxsa burda başqa amillər var?    

Image result for nazim bəydəmirli

Nazim Bəydəmirli: “Dövlət Statistika Komitəsinin ölkə üzrə ərzaq inflyasiyasının 18%-ə yaxın olması xəbərinə də, Naxçıvanla bağlı verdiyi ərzaq inflyasiyasına da şübhə ilə yanaşıram”.


Monopoliyanı Azərbaycanın ümumi problemi adlandıran iqtisadçı ekspert Nazim Bəydəmirli Bakı ilə Naxçıvan arasında ərzaq məhsullarının bahalaşmasında belə ciddi fərqi PİA.AZ-a şərh edərkən inhisarçılq baxımından Naxçıvanın heç də Bakıdan fərqlənmədiyini bildirib. Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin ölkə üzrə ərzaq inflyasiyasının 18%-ə yaxın olması xəbərinə şübhə ilə yanaşır. Eyni zamanda da Bəydəmirli Dövlət Statistika Komitəsinin Naxçıvanla bağlı verdiyi ərzaq inflyasiyasına da  şübhələrinin olduğunu dilə gətirib:

“Birinci onu qeyd edə bilərəm ki, Dövlət Statistika Komitəsinin ölkə üzrə ərzaq inflyasiyasının 18%-ə yaxın olması xəbərinə mən şübhə ilə yanaşıram. Eyni zamanda da Dövlət Statistika Komitəsinin Naxçıvanla bağlı verdiyi ərzaq inflyasiyasına da çox şübhə ilə yanaşıram. Yəni mən hər iki statatistik məlumatları şübhə altına alıram.

Təbii ki, Naxçıvanda ərzaq inflyasiyasının az olması səbəbi nəzarətin daha çox ciddi olması ilə əlaqədardır. Yəni qiymətlər daha çox inzibati yolla tənzimlənir. Amma ki, Bakıda olduğu kimi Naxçıvanda da, ərzaq inflyasiyası monopoliyadan kənar deyil. 

Onu da qeyd edim ki, mən Azərbaycanın bir tərəfi ilə o biri tərəfin müqayisə edilməsini doğru saymıram. Çünki Naxçıvan da Azərbaycanın unitar ölkə olaraq bir hissəsidir və muxtar qurumdur. Biz Naxçıvandan məlumatları kütləvi informasiya vasitələri ilə alırıq. Bu məlumatlara baxanda da demək olar ki, monopoliya baxımından Naxçıvan heç də Bakıdan fərqlənmir. 

Monopoliya isə Azərbaycanın ümumi problemidir. Bu problemi də ancaq və ancaq ciddi iqtisadi islahatlarla aradan qaldırmaq olar. Buna görə də, höküməti ciddi islahatlar aparmağa çağırıram. Bu ciddi islahatlar da kadr islahatlarından başlayıb struktur islahatlar ilə davam etməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar