Bakıda yanacaqdoldurma məntəqəsi 2 milyon 300 min manata satışa çıxarılıb
2-ci Zabrat qəsəbəsi, Maştağa-Pirşağı dairəsində yerləşən "Shoil" yanacaqdoldurma məntəqəsinin sahibi obyekti ilə vidalaşmaq qərarına gəlib.
13 sot ərazidə yerləşən YDM benzin və dizel satışından əlavə, maye qaz satışını da həyata keçirir.
Burada avtomobillərin yağ dəyişmə sexi, mühərriklərin təmiri sexi, kafe, market və 5 ofis var. (axar.az)
pia.az