Paytaxtda 14 yaşlı qız itkin düşüb
APA-nın xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü Ləman Məmmədzadənin itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
pia.az