Xəbər xətti

23 MAY

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?

10:27 5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

10:23 Azərbaycan nefti bahalaşdı

10:20 Türkiyədə 70 hərbçinin həbsinə sanksiya verilib

10:16 Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib

10:12 Su İdmanı Sarayında məşq edərkən öldü

10:08 Azad Rəhimovun oğluna: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

10:04 Problemli kreditlər yenidən gündəmdə

10:00 Gədəbəydə güclü yağış bəzi fəsadlar törədib

9:55 Neft ucuzlaşdı

9:50 BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

9:46 Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

9:42 Parisdə 100 tələbə saxlanıldı

9:38 Çimərliklərdə monitorinqlər başladı

9:34 Atəşkəs 92 dəfə pozulub

9:30 73 yaşlı qadın baş prokuror təyin edildi

9:25 Əli İnsanov azadlığa buraxıla bilər

9:21 “Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

9:17 OPEK iyunda neft hasilatının həcmini artıra bilər

9:13 Kamçatka sahillərində güclü zəlzələ olub

9:08 AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar

9:04 İsrail təyyarələri Qəzza zolağına zərbələr endirib

9:00 Həftəsonu əfv sərəncamı veriləcək

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi



ANALİZ

...

Bakı üçün seçkisonrası kritik bir ay...

Tarix 10.02.18, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda Azərbaycandakı erkən seçkilərdən dolayı post-aprel xofu güclənir; rusiyalı tanınmış politoloq: “Bakı ABŞ-ın Qarabağa dair yeni sənəd hazırlayacağına ümid edir və yeni erməni prezidentinə təzyiq edəcək ki...”


Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın son qurultayında Qarabağ mövzusunda son çıxışı əslində Bakının seçki sonrası “Yol xəritəsi” də adlandırıla bilər. 

Həmin çıxışda ölkə başçısı ermənilərin “miatsum” kimi absurd arzusu üçün heç bir şans, ümid saxlamadı və bir daha “Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək” dedi, üstəlik, “tarixi Azərbaycan torpağı olan İrəvana, Zəngəzura, Göyçəyə qayıtmalıyıq” söylədi.

Bu açıqlama ATƏT-in Minsk Qrupu həmsədrləri bölgədə ikən verilməsi ilə xüsusi diqqət çəkir. Prezidentin çıxışı həmçinin, o anlama gəlir ki, apreldən sonra - nə vaxt ki, işğalçı Ermənistanda da seçki mərhələsi bitəcək və status-kvonu uzatmaq üçün İrəvanın da, vasitəçilərin də seçki bəhanəsi əldən çıxacaq, sülh danışıqlarında real dönüş olmalıdır. Əks halda, elə yaydaca müharibə qaçılmaz ola bilər. Təsadüfi deyil ki, İlham Əliyev həmin çıxışında Azərbaycanın hərbi potensialı barədə də kifayət qədər danışdı.


*****

Gözlənildiyi kimi, ölkə başçısının apreldən sonraya hesablanmış mesaj-anonsları Ermənistanda əks-səda doğurub, xofu daha da artırıb. Yerli siyasi ekspertlərə görə, “Azərbaycan lideri seçkiləri 6 ay qabağa çəkməklə, prezident seçkisini tez başa vurmağa tələsməklə yayda Dağlıq Qarabağ məsələsi ilə daha aktiv məşğul olmaq niyyətindədir”.

Bu qəbildən gözləntilər haqda danışan erməni rəsmiləri də narahatlıqlarını gizlətmirlər. Məsələn, “Yeni Müsavat” xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan dünən Azərbaycandakı növbədənkənar prezident seçkisi mövzusunda “Azadlıq” radiosuna (ermənicə) danışarkən təmas xəttində monitorinqin gücləndirilməsi vacibliyini önə çəkib, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində “əldə olunmuş razılaşmalara əməl olunmasının zəruriliyini” qeyd edib.


Yada salaq ki, 4 günlük aprel müharibəsindən az sonraya təsadüf edən həmin görüşlər zamanı atəşkəsin pozulması hallarına nəzarəti artırmaqla bağlı təkliflər səslənmişdi. Bu isə işğal rejiminin uzanmasında maraqlı olan və Azərbaycanın hərbi zərbələrindən sığortalanmağa çalışan düşməni tərəfini tam qane edir. Lakin Bakı bu təklifləri geri çevirib və konfliktin həllində real dönüş olmayınca faktiki cəbhə xəttinin rəsmi cəbhə xəttinə çevrilməsinə imkan verməyəcəyini bəyan edib.

Prezidentin son çıxışı da köçəryanların ümidlərinin reallaşmayacağının anonsu hesab oluna bilər. Erməni tərəfi ən əvvəl buna görə narahatdır. Yeri gəlmişkən, dünən təmas xəttində işğalçı qüvvələrin daha bir hərbçisi məhv edilib. Bu itkilər heç vaxt azalmayacaq - ta ki, İrəvan sülh danışıqlarında konstruktiv mövqe tutanacan.

*****

Ermənistanda Qarabağ mövzusunda yaşanan daha bir təlaş barədə. Bu günlər erməni parlamentində yeni Milli Təhlükəsizlik Şurası haqda qanun layihəsinə baxmalıdır. Maraqlıdır ki, yeni qurumun tərkibinə prezident və parlamentin spikeri daxil olmayacaq. O, yalnız baş nazirin rəhbərliyi altında fəaliyyət göstərəcək. Prezidentliyə əsas namizəd olan Aram Sərkisyan isə artıq bununla bağlı öz narazılığını bildirib.

“Biz müharibə vəziyyətində olan ölkəyik və baş nazir ali baş komandandır. Allah eləməmiş, birdən müharibə zamanı ona bir şey oldu, bu məsələləri kim müzakirə edəcək - kənd təsərrüfatı və iqtisadiyyat sahəsi üzrə mütəxəssis olan vitse-baş nazir?” “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, bunu o, deputatlarla görüşdə söyləyib.

Onun sözlərinə görə, prezidenti Şuranın iclaslarında iştirakdan məhrum eləmək yanlışdır. “Əgər mühüm müdafiə məsələləri müzakirə olunan zaman prezident orada iştirak eləmirsə, onsa o, kimə lazımdır”, - deyə Aram Sərkisyan sual edib. O, parlamentin spikerinin də Şura tərkibinə daxil edilməsinin vacib olduğunu deyib.

*****

Ancaq yeni prezident yeni Milli Təhlükəsizlik Şurasının tərkibində olsa da, olmasa da, bir şey dəqiqdir ki, işğalçı ölkənin rəhbərliyi apreldən sonra da Dağlıq Qarabağ münaqişəsinə dair mərhələli həlli nəzərdə tutan yeni “Yol xəritəsi”nə razılıq verməsə, müharibə variantından yayınmaq mümkün olmayacaq.

Yeri gəlmişkən, danışıqları intensivləşdirməyin vacibliyini Azərbaycan XİN-i də bəyan edib. XİN-in mətbuat katibi Hikmət Hacıyev həmsədrlərin son səfərin ilə bağlı bildirib ki, “apreldən sonra həmsədrlərin sülh danışıqlarını sürətləndirmək barədə razılığa gəlinib”. Bu açıqlama da İrəvanda müəyyən təlaş doğurub.

Rusiyalı tanınmış analitik Qriqori Trofimçuk isə hesab edir ki, rəsmi Bakı prezident seçkisini qabağa çəkməklə ən əvvəl elə danışıqlar prosesinə təsir göstərmək niyyəti güdür. “Yeni Müsavat” xəbər verir ki, politoloq 1 in.am nəşrinə müsahibəsində bu xüsusda deyib: “Bölgədə, bütövlükdə qlobal siyasətdə təhlükəli meylər müşahidə olunur. Azərbaycan rəhbərliyi də prezident seçkisini Ermənistandakı prezident və baş nazir seçkilərindən dərhal sonraya təyin eləməklə bu hadisələrə tam hazırlıqlı olmaq istəyir. Rəsmi Bakı öncəliklə də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şoferlə münasibətləri yaxşılaşdırıb onun mövqeyinə təsir eləmək niyyətindədir. Çünki o, ABŞ kimi bir dövləti təmsil edir - hərçənd, bütün həmsədr ölkələr vacibdir. Bakı hesab edir ki, Şofer yaxın zamanlarda Qarabağ nizamlanmasına dair Vaşinqtonun yeni baxışını əks etdirən sənəd hazırlayaraq Vaşinqtona təqdim edəcək. Seçkinin vaxtını dəyişməkdə də başlıca səbəb odur ki, Azərbaycan məsələdə ciddi irəliləyişin olmadığını görür və danışıqların daha 5 il, 10, 20 il uzanmasını istəmir”.

Rusiyalı analitik bir maraqlı detala da toxunub: “Ermənistanda yeni prezident bəlli olan kimi, Bakı informasiya sahəsini idarə eləməkdə monopoliyaya malik olacaq. Məhz bu bir ay ərzində - nə vaxt ki, Ermənistanda parlamentli idarəçilik sisteminə keçid, hakimiyyət fiqurlarının yerdəyişməsi və rotasiyası baş verəcək, - Azərbaycan informasiya situasiyasına nəzarət edəcək və danışıqlar prosesinə nəzarət edən bütün strukturlara təzyiq edəcək. O sırada  Ermənistanın yeni prezidentinə də informativ və mümkündür ki, başqa növ təzyiqlər göstəriləcək ki, danışıqlar prosesi nəticəsiz şəkildə illərlə uzanmasın”.

Ehtimal eləmək olar ki, Bakının təzyiqləri situasiyadan asılı olaraq, cəbhə xəttində  işğalçıya hərbi xarakterli lokal və daha geniş miqyaslı zərbələri də ehtiva edir...(musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru