Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı sakini keçmiş arvadı ilə oğurluğa getdi


Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı məlumat verib


Hadisə Mirzə Fətəli Axundov küçəsində, evdə heç kəs olmayan vaxtı törədilib.

Məsələ ilə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları ötən gün cinayəti törətməkdə şübhəli bilinən Elvin İsrafilov, Elnur Qarayev, Baba Sadıqov və onun keçmiş həyat yoldaşı Afiyə Sadıqovanı saxlayıblar. Saxlanılanlardan Baba Sadıqov cinayəti qrup şəklində törətdiklərini etiraf edib.

Baba Sadıqov (saxlanılan şəxs): “Mən gedib evə baxdım. Gördüm ki, evdə heç kim yoxdu. Gəlib dedim ki, evdə heç kim yoxdu. Elvinlə Elnur getdilər evə. Elnur girdi evə. 15 min manat pul götürdük. 12 min idi, amma ev yeyəsi deyir ki, 15 mindir. 3700 manat mənə verilib. Mənə verilən pulu verdim keçmiş həyat yoldaşıma saxlamağa. İstəyəndə dedi ki, qorxmuşam, tullamışam. Pul yoxdur məndə”.

Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanıb. Polis onların analoji cinayətlərinin olmasını da istisina etmir.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar