Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 30-da Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən quşçuluq fermasında işləyən Bakı şəhər sakini Ülvi Niftiyevi elektrik cərəyanı vurub.
O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
pia.az