Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı polisində “TREVOQA”


Mirqafar Seyidov kimləri cəzalandırıb?


Ötən gecə Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan bütün idarə və şöbə əməkdaşları təcili iş yerlərinə çağırılıb.

Qəfil həyəcan siqnalı (“Trevoqa”) ilə gecə saat 4-5 radələrində iş başına dəvət olunan polislər nə baş verdiyini bilmədiklərindən əvvəlcə təşvişə düşüblər. Sonradan məlum olub ki, onların həyəcan siqnalı ilə çağırılması hər hansı fövqəladə hadisənin baş verməsilə əlaqəli deyil. Bu, sadəcə Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidovun Bakı polisinin hazırlığını yoxlama üçün imiş.

Bildirək ki, bu siqnalla vaxtında iş başına çata bilməyən, “sinaqdan üzüağ çıxmayan” bəzi polis əməkdaşları artıq cəzalandırılıb.

Qeyd edək ki, Mirqafar Seyidovun bu posta təyin edilməsindən sonra onun nəzarətində olan bütün idarə və şöbələrdə ciddi iş rejiminə keçirilib. Yeni rəisin qəfil yoxlamalara getməsi, bütün mümkün variantlarla poqonlu şəxslərin nizam-intizam qaydalarına necə riayət etməsini şəxsən özü təftiş etməsi polislər arasına həyəcana səbəb olub. Elə buna görə də, bütün idarə və şöbələrdə iclaslar çağırılaraq, əməkdaşlara ciddi tapşırıqlar verilib.

Onu da bildirək ki, məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı var.(aznews)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar