Xəbər xətti

18 NOYABR

0:59 Milyarder sevgilisinə döndü

0:47 Fransalı müdafiəçiyə 4 oyunluq cəza

0:34 “WhatsApp”da yeni funksiya sınaqdan keçirilir

0:21 Ançelotti İtaliya millisinə gəlməzdən öncə şərt qoyub

0:13 Ukraynada Afaq Məsudun “Azadlıq” romanının təqdimatı oldu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

17 NOYABR

23:59 Azərbaycan nefti cüzi ucuzlaşdı

23:54 Rusiyada dəhşətli hadisə - 3 uşaq evdə yanaraq öldü

23:48 «Təsəvvür edin, İstanbulda artıq ayrıca Naxçıvan məhələsi var»

23:42 Turistlər üçün ən təhlükəli ölkələr - Siyahı

23:36 Polşa Avropanı Rusiya qazından imtinaya çağırır

23:30 Yeni yol sürücülər üçün təhlükə yaradır - Video

23:24 Abşeronda ağır yol qəzası baş verib, xəsarət alanlar var

23:18 Bakıda avtoxuliqan saxlanıldı - 750 manat cərimə olundu

23:12 Türkiyədə 3,5 milyon dollar məbləğindəki bitkoin oğruları saxlanılıb

23:06 Zığda torpaq uçqunu altında qalmış şəxs xilas edilib

23:00 Bakıdan qız alan ərəb onu qızılı “Rolls Royce”la apardı - Video

22:55 Stokholmda atışma olub, ölən var

22:49 “Çelsi” ilə matçdan hər şey gözləmək olar” – Qurban Qurbanov

22:43 Gəncədə “VAZ” yük maşınına çırpıldı - 1 yaralı

22:37 İrandan keçən Rusiya qırıcıları İŞİD-i bombaladı

22:31 Türkiyədən ABŞ və Qərbə “gözdağı”

22:25 Venesuelanın müxalifət liderlərindən biri Kolumbiyaya qaçıb

22:19 “Hüseyn Abdullayevin ilk etirafı” - Eynulla Fətullayevdən açıqlamalar

22:13 Bakıda uçqun baş verib, bir nəfər torpaq altında qalıb

22:07 Leyla Yunus: “Ərim satqındır!”

22:01 Bakı Olimpiya Stadionunda kütləvi dava

21:56 Dövlət Komitəsi Zaur Kamalın yeniyetməyə elçi getməsini araşdırdı

21:50 Türkiyədə 22 universitet əməkdaşı saxlanıldı

21:44 Lavrov Bakıya gəlir - Səfər proqramı açıqlandı

21:38 “Premium” və “Super” markalı benzin bahalaşdı - Rəsmi izah

21:32 Ucarda dəhşətli qəza - 18 yaşlı oğlanı iki maşın vurdu

21:26 Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər

21:20 ABŞ Rusiyanı «Baltikdən Qara dənizə qədər təhlükə» hesab edir

21:14 “Zeynəb Xanlarova bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir”

21:08 Suriyanın şərqində törədilən partlayış nəticəsində 35 nəfər ölüb

21:02 Banklarda gecikmiş kreditlərin məbləği artıb

20:57 Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb

20:51 Ərdoğan: Afrində eyni tələyə düşmək istəmirik!

20:45 “Azərenerji” “Azərişığ”ın məlumatını təkzib edib

20:42 “Premium” və “Super” markalı benzin bahalaşdı

20:39 Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb

20:33 “Eurovision-2018” müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb

20:27 Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

20:21 Şirvanda yol polisi reyd keçirdi

20:15 Koalisiya qüvvələrinin hava hücumları 15 dinc sakini öldürdü

20:09 Dünyada ilk dəfə insandan insana baş köçürülüb

20:05 Azercell-in 4G xidmətləri artıq Bərdə, Şəmkir və Lənkəranda!

20:03 İngiltərədə təyyarə ilə helikopter toqquşub

19:58 Bakıda yeni teleqüllənin istifadəyə veriləcəyi tarix - Açıqlandı

19:52 Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanılıb

19:46 Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

19:40 “Çelsi” klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək

19:34 İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

19:28 Bütöv bir binanın istilik avadanlıqları oğurlandı

19:22 “Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb”

19:16 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

19:10 Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

19:04 “Çelsi” “Qarabağ”la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib

19:01 “Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18:59 Mənzilin dəyərinin tam tələb olunması qadağan edilir

18:53 Sabah paytaxtın bu hissəsində işıq olmayacaq

18:47 “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

18:41 Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

18:35 Səudiyyə Ərəbistanı: şahzadələrə azadlığı pulla almaq təklif olunur

18:29 İlham Əliyev latviyalı həmkarını təbrik etdi

18:23 NATO Türkiyədən üzr istədi

18:17 “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

18:11 Azərbaycanda 5 bal gücündə zəlzələ olub

18:05 Bir Zabil Müqabiloğlu vardı...

17:55 Blogger Mehman Hüseynovun məhkəməsi davam edib

17:50 “ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17:44 Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açılıb

17:38 “Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

17:33 Qvardiola ayın ən yaxşısı seçildi

17:27 Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

17:22 Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17:18 Türkiyə daha ABŞ və NATO-nu dinləmir

17:16 Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

17:13 Politoloq: “Serj Sarkisyan divara dirəndiyini görüb, mənə dedi ki...”

17:10 NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib

17:05 Bolqarıstan Parlamentinin spikeri istefa verdi

17:00 Ərəbistanda gələn həftə kral dəyişir

16:54 Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

16:53 Sərbəst güləşçilərin çempionatı başa çatdı

16:46 Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

16:40 “Putin Ərdoğana demək istəyib ki, bu məsələ sənlik deyil” - Şahin Cəfərli

16:40 “Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

16:33 Azərbaycan yığması FİFA reytinqində geriləyəcək

16:28 “İki rol oynamaqla özünü böyük aktrisa sayma”

16:21 Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

16:15 Türkiyədə dövlət universitetinin 22 əməkdaşı tutuldu

16:10 Şahzadələrə azadlıq üçün pul ödəmləri təklif edilib

16:03 Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

15:56 “Bağışla, sevgilim” - Emin Ağalarov

15:50 “Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı

15:45 “Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?”

15:40 Sergey Lavrovun Bakıya gələcəyi tarix məlum oldu

15:35 Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar

15:30 Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

15:25 İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

15:20 Sürücülərlə bağlı qalmaqallı qanun barədə qərar verildi

15:14 Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi

15:10 Zərrab müstəntiqlərə işləməyə başladı: Kimləri ələ verəcək...

15:00 Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

14:55 Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi – MTRŞ nə düşünür?..

14:50 Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür

14:44 “Kənddə bir gün”

14:39 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

14:34 Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

14:30 Roma papasına lüks avtomobil hədiyyə etdilər

14:25 Aşıqlar arasında efirdə qalmaqal

14:20 ÜDM-nin 8,8 faizi tikintidə istehsal olunub

14:17 Milli Dirçəliş gününə bu gündən baxanda...

14:15 Arvadı polisə şikayət etdiyi üçün özünü öldürən ər

14:11 Azarkeşlər zəlzələyə səbəb oldular

14:06 Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

14:05 “Yediklərinizi qusun və evinizə qayıdın...”

14:02 Azərbaycanda “Rəşadət” ordeni təsis edilib

13:36 Dünyanın korrupsiya xəritəsi


ANALİZ

...

Bakı müharibə hazırlıqları içində – hərbi nazirimizin səfərində iki hədəf

Tarix 14.09.17, 9:34

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağ konflikti ətrafında mühüm gəlişmə; Etibarlı silah alıcısı kimi Azərbaycan uğrunda rəqabət güclənib; Bakının İsraildən ABŞ-ın da üstünlük verdiyi “Dəmir gümbəz” alması reallaşır; Rusiyanın işğalçı ölkədəki səfiri: “Azərbaycana silah satışını davam etdirəcəyik...”


Ermənistanın müttəfiqi Rusiyanın Azərbaycana dünya bazarı qiymətinə silah satmaqda davam eləməsi işğalçı ölkədə, az qala, isterik ovqat yaradıb. Dünən məsələ ilə bağlı erməni jurnalistləri Rusiyanın bu ölkədəki səfiri İvan Volınkini sözün həqiqi mənasında sual “yağışına” tutublar.

Musavat.com-un məlumatına görə, erməni KİV nümayəndələri xüsusən də prezident Vladimir Putinin ötən həftə Çində səfərdə olarkən ABŞ-ın Ukraynaya silah verməsinə neqativ münasibət bəsləyən açıqlamasını yada salaraq, diplomatın buna münasibətini öyrənməyə çalışıblar. Yəni rəsmi Moskva məntiqlə postsovet məkanındakı konflikt zonasına (Donbasa) başqa dövlətin silah-sursat göndərməsini məqbul saymırsa, o zaman Rusiyanın özü nədən Azərbaycana silah satsın?

Səfir Volınkınin cavabı bu xüsusda kifayət qədər sərt və ermənilər üçün məyusedici olub. Öncə o, öz prezidentinin sözlərini şərh eləmək səlahiyyətində olmadığını xüsusi qeyd edib. Ardınca isə deyib: “Sizin başqa mövzunuz yoxdur? Siz elə hey bir şeydən yapışıb qalmışınız. Hər dəfə eyni şey. Axı bu haqda nə qədər danışmaq olar? Hər şey aydın deyil ki? Artıq bu məsələ barədə Rusiyanın bütün rəhbərləri danışıb. Biz Ermənistana da silah veririk”. 

Erməni jurnalistlərin israrla: “Bəs Rusiya Azərbaycana silah satışını davam etdirəcəkmi”, sualına diplomatın reaksiyası belə olub: “İlahi, nə qəmiş olmusunuz... Mən axı dedim, bu mövzuda sizinlə danışmaq fikrində deyiləm. Mən bu suala cavab verməyəcəyəm. Mən sizə izah elədim ki, prezidentin çıxışını şərh etməyəcəyəm...”

“Yeni Müsavat” bu yerdə xatırladır ki, Stokholmdakı Beynəlxalq Sülh Problemləri Tədqiqat İnstitutunun (SİPRI) az öncə açıqladığı sənədə görə, 2011-2016-cı illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah-sursat alıb. Bakı bu silahların böyük hissəsini məhz Rusiyadan əldə edib. Nəticədə bu gün Azərbaycan Rusiya silahını ən çox sifariş edən ölkələrin ilk beşliyinə daxildir. Rusiyanın ümumi hərbi ticarət dövriyyəsinin 4%-i ölkəmizin payına düşür. 

***

Rusiyalı diplomatın yuxarıdakı açıqlaması Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə davam edən səfəri fonunda xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, əgər Azərbaycanın iki mühüm silah təchizatçısından biri Rusiyadırsa, ikincisi də İsraildir. Yəni İsrail və Rusiya silah bazarında faktiki surətdə rəqibdirlər. Ehtimal eləmək olar ki, Moskvaya qarşı Qərbin sanksiyaları gücləndikcə şimal qonşumuzdan ötrü daimi müştəri-alıcıların önəmi, onlar uğrunda rəqabət də artacaq. Demək, Kreml işğalçı Ermənistanın bu xüsusda qınaq və narazılıqlarını daha nümayişkaranə şəkildə qulaqardı edəcək. 

Azərbaycanlı hərbi nazirin yəhudi dövlətinə ilk rəsmi səfəri də ən əvvəl hərbi və hərbi-texniki sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirməyə yönəlib. Bundan əlavə, çoxgünlük səfər çərçivəsində İsrailin silahlı qüvvələrinin döyüş təcrübəsini öyrənmək də hədəflər sırasında göstərilir. Bu isə ərazisinin 20%-i erməni tapdağında olan Azərbaycan və onun ordusu üçün müstəsna əhəmiyyət daşıyır. Söhbət həm də müharibə hazırlıqlarından gedir.

Məsələn, dünən xəbər yayıldı ki, Azərbaycanın müdafiə nazirinin rəhbərlik elədiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir. 

Qeyd edək ki, İsrail silahlı qüvvələri böyük döyüş təcrübəsinə malik ordulardan sayılır. Diqqətçəkicidir ki, Zakir Həsənovun səfərdə olduğu günlərdə İsrail Müdafiə Qüvvələri son 20 ildə ən irimiqyaslı hərbi təlimlərə başlayıb.

Digər bir məlumata görə, nazirimizin səfəri çərçivəsində Azərbaycanın yəhudi dövlətindən “Dəmir gümbəz” - ən müasir raketdən müdafiə sistemlərinin alınması da diqqət mərkəzində olub. “Dəmir gümbəz”lə bağlı müzakirələr bir müddətdir ki, gedir və işğalçı Ermənistanda xüsusilə narahatlıq doğurmaqdadır.

Yeri gəlmişkən, bugünlərdə ABŞ-ın özü də bu sistemlərə maraq göstərib və analoji raketdən müdafiə sistemlərinin yerli istehsalını qurmaqdansa, İsraildən “Dəmir gümbəz” almağa qərar verib. Bu məqam sözügedən sistemlərlə bağlı işğalçı Ermənistanın təlaşının nə dərəcədə əsaslı olduğuna bir daha şübhə yeri saxlamır. 

*** 

Bütün bunlar əlbəttə ki, müharibə vəziyyətində olan Azərbaycandan ötrü döyüş hazırlıqlarını gücləndirmək baxımından böyük önəm daşıyır. Yəni həm Silahlı Qüvvələrimizin müasir hərbi texnika və sistemlərlə təchizatı, həm də praktik döyüş təcrübəsini artırmaq - hər ikisi müharibə hazırlqılarının iki əsas komponentini təşkil edir. 

Təsadüfi deyil ki, Azərbaycanın güclənən müharibə hazırlıqlarından təlaşa düşən düşmən tərəf dünən səhər saatlarından etibarən Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb. APA-nın xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur. Xəbərlərə gərə, ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altındakı kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

Ancaq belə növbətçi təlimlərlə İrəvan çətin ki, özünü sığortalaya, erməni toplumunu isə sakitləşdirə bilsin. Gerçək belədir ki, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü ilbəil artırır. Bahalı silahlanma yarışında ölkəmizlə ayaqlaşmaq üçünsə işğalçı ölkənin heç bir resursu yoxdur. Düşmən ölkədə müttəfiq Rusiyaya qarşı isterik ovqatın bir motivi də budur.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Dünyada ilk dəfə insandan insana baş köçürülüb

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Enerji içkilərinin hansı təhlükələri var?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru