Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı yeni faktlar

Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb


Lent.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.

Bildirilir ki, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış. O, Lənkəranda doğulsa da, uzun müddət imiş ki, Bakıda yaşayıb. 

Qeyd edək ki, dünən bəzi saytlarda Ruhəngiz Səfərovaya aid olduğu iddia edilən foto yayılıb. Qeyd edilib ki, onun üzərindən məktub tapılıb. Eyni zamanda bildirilirdi ki, guya R.Səfərovanın atası onu Fərrux adlı şəxsə ərə verdiyi üçün özünü öldürüb. Lakin ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb və tamamilə yanlış olduğu üzə çıxıb. Vəfat etmiş qadının qohumları yayılan bu yalan məlumatlara son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

*****

22 aprel

Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

PİA.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar