Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda kütləvi ixtisarlar


Nəsimi Paşayev: “İki qazmaçı varsa, biri çıxarılır, biri isə qalır”


Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində işçilərin kütləvi ixtisarı ilə bağlı xəbərlər yayılıb. 

Metropolitenin işdən çıxarılan əməkdaşları hətta dekabrın 9-da qurumun qarşısına toplaşaraq, etiraz aksiyası da keçiriblər. Contact.az saytı yazıb ki, narazı işçilərin sözlərinə görə,  “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən maliyyə çatışmazlığı səbəbindən 500-ə yaxın əməkdaş ixtisar olunub. Etirazçıların dediklərinə görə, metropoliten rəhbərliyi ixtisar zamanı işçilərin peşəkarlığını və ailə vəziyyətini nəzərə almayıb, yerliçiliyə yol verib. İşçilər pozulmuş hüquqlarının bərpasını tələb edir və digər instansiyalara müraciət etmək niyyətindədir.

Aksiyaçılar onu da qeyd ediblər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur. Aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və onlar əmək müqaviləsinə xitam verilməsini istəmirlər.

Qeyd edək ki, metroda gedişhaqlarının qaldırılması məsələsi də zaman-zaman gündəmə gətirilir. Doğrudur, rəsmi açıqlamalarda bunun müzakirə edilmədiyi söylənilsə də, prosesə zəmin hazırlanması ilə bağlı bir neçə faktlar var. Belə ki, Bakı Metropoliteninin subsidiyalaşdırılması 2018-ci ildə 45 milyon manat səviyyəsində qalacaq. Hesablama Palatası (HP) isə dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar. HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

2017-ci ildə “Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb.

İndi isə ekspertlər tərəfindən belə fikir də səsləndirilir ki, metropolitendə baş verən ixtisarlar da məhz qiymət artımının qarşısını almaq, xərcləri azaltmağa hesablanıb. Çünki metropolitenin rəhbərləri hər zaman bildiriblər ki, sərnişindaşımada qiymətləri məhz subsidiyaların hesabına indiki vəziyyətdə saxlaya biliblər. Subsidiyaların azaldılması isə ekspertlərin fikrincə, ya qiymət artımına, ya da ixtisara yol açmalı idi. Metropoliten isə ikinci variantı seçib.

Lakin “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev fərqli fikirlər səsləndirib. “Yeni Müsavat”a açıqlamasında N. Paşayev bildirib ki, hər hansı bir ayrı-seçkilikdən  söhbət gedə bilməz: “İşdən çıxarılanların şirvanlı, qazaxlı və digər bölgədən olmalarının heç bir fərqi yoxdur. Şikayətçiləri də başa düşürük. Heç bir insan işini itirmək istəmir. Biz də onlara pislik etmirik. Deyirik ki, qardaş, razılaşma əsasında gedirsən, sabah iş açılanda da qayıdıb, gələrsən. Yəni burada kimsə kimisə yerlibazlıqda və digər məsələlərdə ittiham edirsə, bu, onun öz işidir. Hər bir şəxsin məhkəməyə müraciət etmək hüququ var. Kiminsə şikayəti varsa, məhkəməyə müraciət edib, haqqını axtarsın. Burada təkcə qazmaçılar işdən çıxarılmayıb. Hansı sahədə ki, iş həcmi azalır, o sahəyə aid mütəxəssislər çıxarılır. Məsələn, iki qazmaçı varsa, biri çıxarılır, biri isə qalır”.

Paşayev bildirib ki, işdən çıxarılanların sayı təxminən 230 nəfərə yaxındır: “Məsələnin subsidiyalara heç bir aidiyyəti yoxdur. Çünki subsidiya tikintiyə ayrılmır. İstismar sahəsinin tikinti ilə əlaqəsi yoxdur. Ona görə də qiymət artımının qarşısını almaq və digər məsələlərdən söhbət getmir”.

Paşayev bildirib: “İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq gedir. Bununla belə, təkliflə razılaşmayanlar da var ki, onların da sayı təxminən 10 nəfərdir. Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir. Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır”.

Paşayev vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı rəhbərliyin açıqlaması hazırlanır. İxtisarlarla bağlı ictimaiyyətə geniş rəsmi məlumat veriləcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar