Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bakı metrosunda həyəcan: gənc oğlan özünü qatarın altına atıb


"Əhmədli" metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb


Bu barədə Lent.az-a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 
 
Onun sözlərinə görə, hadisə "Əhmədli" stansiyasının 1-ci yolunda baş verib: "Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.

Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir". 
 
***

Bu gün saat 17:25-də "Əhmədli" metrostansiyasında 24-25 yaşlı oğlan huşunu itirərək relsin üstünə yıxılıb.

Lent.az-ın məlumatına görə, xoşbəxtlikdən həmin an platformada qatar olmayıb.

Yüngül xəsarət alan gənc relsin üstündən çıxarılıb.

pia.az
Etiket:

loading...