Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bakı məktəblərinin rus bölməsində yer yoxdur


Orta məktəblərin rus bölməsində I siniflərə qəbul ciddi problemə çevirilib


Övladlarının rus bölməsində oxumasını istəyənlər məktəblərdə belə bir cavabla üzləşırlər - yer yoxdur.

Bəs,  rus dilində təhsil almaq istəyənlər üçün məktəblərdə yer niyə yoxdur? Bu, rus bölməsinə şagir qəbulu planının məqsədli şəkildə azaldılmasıdır, yoxsa müəllim çatışmazlığının nəticəsi?

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlaması zamanı təəssüflə bildirib ki, hazırda 1,6 milyon şagirdin 17 faizi rus bölməsində təhsil alır: “Azərbaycan qanunvericiliyində məhdudiyyət qoyulmur ki, nə qədər uşaq rus bölməsində oxumalıdır. Sadəcə orta məktəblərində sinif və müəllimlərin sayı daha çox sayda şagird qəbuluna imkan vermir. Müəllimlərin işə qəbulu zamanı da müşahidə edirik ki, vakant yerlər üzrə müraciət edənlərin sayı azdır. Təhsil Nazirliyi, rayon təhsil şöbələri ehtiyacları nəzərə alaraq vakant yerlər təklif edir.

2018-2019-cu il tədris ili üçün orta məktəblərin I siniflərinə rus bölməsi üzrə yerlər müsabiqə başlanandan 4 saat ərzində doldu. Bu, onu göstərir ki, valideyinlərin rus bölməsinə marağı çoxdur. Onlar istəyirlər ki, uşaqları xarici dil öyrənsin. Amma onu da deyim ki, rus bölməsinə qəbul olunanların bəzisi 4-5-ci siniflərdə bölmənin çətinliyini görərək, Azərbaycan bölməsinə keçirlər. Buna görə də öncədən hər kəsə imkan vermək olmaz ki, rus bölməsində oxusun. Hesab edirəm ki, istər dövlət, istərsə də özəl məktəblərə qəbul müsabiqə əsasında keçirilməlidir. Bu zaman valideyinlərin istəyi də təmin olunacaq”. 

pia.az
Etiket:
loading...