Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələnin həllinə müsbət təsir edir


APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: 

“Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur, nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”.
 
M. Vəliyeva qeyd edib ki, artıq 45 mindən çox uşaq məktəblərə sənədlərini təqdim edib. 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulu proqnozlaşdırılır. 

 
Məktəblərdə ibtidai siniflər üzrə Rus dili müəllimlərinin çatışmazlığı ilə bağlı məsələyə gəlincə, idarə müdiri qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə Rus dili müəllimlərinin nəticələri daha yüksək olub: “Nəticədə biz məktəblərin çoxunu Rus dili müəllimi ilə təmin edə biləcəyik. Bununla belə, müəllim-kadr çatışmazlığı üzə çıxacaq məktəblərdə siniflər daxili imkanlar hesabına müəllimlə təmin ediləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar