Xəbər xətti

24 YANVAR

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb



SOSİAL

...

Bakı küçələrinə səpələnən xəzinə... “aya 4000 manat çıxarmaq olur”

Tarix 13.11.17, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda zeytunun yığım mövsümü təzə başlasa da, zeytun bağlarının əksəriyyətində məhsul bitmək üzrədir. Paytaxtda ötən əsrin ortalarından salınan zeytun təsərrüfatlarının bir hissəsi baxımsızlıqdan, qalan hissəsi isə tikinti məqsədilə məhv edildiyindən, indi Bakıda zeytun toplanan çox kiçik bağlar qalıb


Hələ də paytaxtın müxtəlif ərazilərindən gələrək gündəlik dolanışığını zeytun yığıb təhvil verməklə çıxaran adamlar var. Belə ərazilərdən biri də Z.Əliyeva parkının yaxınlığında yerləşən məşhur “Zeytunluq”dur. Paytaxt sakinləri burada zeytun yığımına ötən ayın ortalarından başlayıblar.

Ümumilikdə 8 hektara yaxın ərazini tutan zeytun bağlarında ağacların çoxu qocaldığından məhsuldarlıq o qədər də yüksək deyil. Bunu zeytun yığanlar da təsdiqləyir. İllərlə budanmayan ağaclarda budaqlar bir-birinə elə dolaşıb ki, zeytun yığanlar əməlli-başlı əziyyət çəkirlər.

Bağda iş mövsümün ən qaynar vaxtında hələ alaqaranlıqdan yığım başlayır. Get-gedə isə məhsul azalır və yığım səngiyir.

 

“Hər mövsüm 3-4 min manat qazanc götürürük”

15 ildən artıqdır ki, bu bağdan zeytun yığan Gülşən Alıyeva Cəbrayıl rayonundan olan məcburi köçkündür. Dediyinə görə, evi bağa yaxın olduğundan, hər il mövsümün açılışını özü edir: “Zeytun çox bərəkətli məhsuldur, Allahın verdiyi nemətdir. Cəmi bir ay olur, nə yığdın-yığdın. Bu bir ayda gecəmiz-gündüzümüz olmur, alaqaranlıqdan uşaqlarla, gəlinlərlə zeytun ağaclarını gəzirik. 9 nəfərlik ailəmiz var, köməkli bir ilin ruzisini çıxarırıq. Düzdür, zəhmətli işdir, amma neyləyək, çörəkpulumuz bundan çıxır da”, - deyə müsahibimiz bildirir.



G.Alıyeva deyir ki, hər mövsümdə zeytundan təxminən 3-4 min manat qazanc götürürlər. Topladıqları zeytunu elə yerində kiloqramı 1 manata zavodun işçilərinə təhvil verirlər.

Amma zeytunluqda məhsul toplayanlar təkcə yaxınlıqda yaşayanlar deyil. Mövsüm vaxtı burada yaşayan, yaxınlarının evində qalıb məhsul yığanlarla yanaşı, hər gün Bakının kənarlarından, hətta Sumqayıtdan gələnlər olur.

Tərkibi bir çox vitaminlər, antioksidantlarla zəngin olan, sümük toxumalarını, əzələləri, möhkəmləndirən, orqanizmin qocalma prosesini əngəlləyən bu bitkini duza qoymaqla yanaşı, həm də yağ istehsalı üçün alırlar.

Həmsöhbətimiz Töhfə adlı qadın isə zeytunu satmaq məqsədilə deyil, özü üçün yığdığını deyir: “Hər ilin bu vaxtı 6-cı mikrorayonda yaşayan bacımın evinə gəlirəm. 10-15 kiloqram zeytun yığıb duza qoyuram. Biz satmaq üçün yığmırıq, özümün də, yoldaşımın da şəkəri var. Zeytun da şəkər xəstəliyinin dərmanıdır, ancaq ona görə yığıram”, - Töhfə xanım iri kəsilmiş budaqdakı məhsulları toplaya-toplaya söhbətinə davam edir.

“Bəs niyə budağı qırıb yığırsınız?” sualına gəlincə isə zeytun toplayan qadın etiraz edir: “Bunu qırmamışıq ki, yoldaşım ağacı budayıb, mən də budaqdakıları yığıram”.

- Axı meyvə gətirmiş ağacı budamazlar.

Bu dediyimi isə Töhfə xanım heç eşitmir, ya da özünü eşitməzliyə qoyur. Şəklini çəkməyimizə isə qəti şəkildə etirazını bildirir: “Gəl otur, nə sualın varsa, ver. Amma şəkil olmaz. Mənim şəklimi indiyə qədər heç kəs çəkməyib. Heç həyat yoldaşım da şəklimi çəkə bilməz”, - deyə həmsöhbətimiz bildirir.

“...Polisi görəndə qaçırlar”

Z.Əliyeva adına parkın qurtaracağında isə qarşılarında zeytun kisəsi olan iki yeniyetmə diqqətimizi cəlb edir. Biri Əkrəm, o biri isə Vüsaldır. 15-16 yaşlı oğlanlar ailələrinə kömək üçün hər gün bu bağa gəldiklərini deyirlər. Onların sözlərinə görə, əgər budaqları qırmasan, polis hər kəsə bu bağdan məhsul toplamağa icazə verir: “Biz səliqə ilə yığırıq, budaqları qırmırıq. Çünki polis bağda gəzir, nəzarət edir. Kim budaqları sındırırsa, qovub çıxarırlar, bir də bağa buraxmırlar. Onlar xəlvət yığırlar, polisi görəndə də qaçırlar. Budaqları qıranların çoxu qadınlardır. Əvvəlcə budaqları qırıb yerə tökürlər, sonra yerdə oturub zeytunları toplayırlar”, - deyə Əkrəm dillənir.

Məlum olur ki, Vüsalla Əkrəm əmioğludurlar. Əkrəm 9-cu mikrorayonda yaşayır, hər il buradan zeytun toplayaraq satır. Vüsalınsa bu bağa ilk gəlişidir: “Qardaşımın gələn ay toyu olacaq. Mən də gəldim ki, zeytun yığıb özümə əyin-baş alım. Pis deyil, 10 gün olar ki, buradayıq, hər yığanda azı 20 kiloqram yığırıq. Amma daha bağda zeytun qalmayıb, qalan da ağacın təpəsində, əl çatmayan yerdədir”, - deyə Vüsal bildirir.

Vüsal deyir ki, topladıqları zeytun kisəsini elə bağda qabaqlarına qoyub otururlar. Zavod işçiləri isə özləri onları tapır: “Yaxşı satılır, axşama qalmır. Hər gün bir maşınla gəlib təhvil alırlar. Qalanda da sabah yığdığımıza qatıb təhvil veririk. Əsas odur çürüməsin”, - deyə həmsöhbətimiz bildirir.

“Dəfələrlə danlamışam, xeyri yoxdur”

Zeytun yığanlar ağacların qoca olmasından və on ildən artıqdır ki, budanmamasından gileylənirlər. Onların sözlərinə görə, əslində, ağaca vaxtlı-vaxtında qulluq edilsə, yüzlərlə kiloqram məhsul toplamaq olar. Bağa bitişik parkda dincələn sakinlər isə çəkiliş apardığımızı görüb zeytun yığanlardan şikayətlənirlər. Özünü parkın daimi sakini Kamal Məmmədov kimi təqdim edən kişi isə əslində zeytunun əllə yığılmamalı olduğunu deyir: “Bu bağ çox böyük ərazini əhatə edirdi, qırıb qurtardılar, indi 7-8 hektar ərazi qalıb. Ağaclar da qocalıb, baxan, qulluq edən yoxdur. Camaat imkansızlıqdan gəlib zeytun toplayır. Amma ağacların budaqlarını qırıb-tökürlər. Mən özüm dəfələrlə uşaqları çağırıb danlamışam, xeyri yoxdur. Təkcə uşaqlar qırmır ki, böyüklər də qırır. Əslində, zeytun əllə toplanan bitki deyil, sovet dövründə zeytun yığan xüsusi maşınlar var idi. Ağacı silkələyib bütün zeytunu kisəyə tökürdü. Onlar olsaydı, bu ağaclar belə məhv edilməzdi”, - deyə müsahibimiz gileylənir.

Həmsöhbətimizin dediklərini bağ boyu ayağımızın altında qalan budaqlar da təsdiqləyir.(virtualaz.org)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SOSİAL

design-img

Vernisaj

İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru