Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı konfliktlərin həll şəhərinə çevrilir


Rusiya və Amerika (NATO) generallarının ardınca Azərbaycan daha bir beynəlxalq görüşə ev sahibliyi edəcək; ölkəmizin yenidən sülh və barış məkanı kimi seçilməsi Qarabağ məsələsində sözümüzün çəkisini artıra bilər, çünki...


İyunun 28-də ilk dəfə olaraq Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı olacaq. Diplomatik mənbələrdən APA-ya məlum olub ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq. Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək. “Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.

“Yeni Müsavat” xatırladır ki, bundan az öncə Bakı RusiyaNATO Baş Qərargah rəislərinin görüş yeri olub. Daha öncə (2017-ci il) isə paytaxtımızda eyni ranqlı ABŞRusiya generalları arasında görüş keçirilib. Tərəflər Yaxın Şərq məsələsini, regional və qlobal əhəmiyyətli digər aktual mövzuları müzakirə ediblər. Hər iki görüş zamanı Rusiya, NATO və Amerika generalları Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunublar.  

İndi isə ölkəmiz növbəti beynəlxalq görüşə ev sahibliyi etməyə hazırlaşır. Bu, əslinə qalsa, adicə ev sahibliyi deyil. İlk növbədə Azərbaycana beynəlxalq səviyyədə mövcud olan inam-etimadın, onun bölgədəki unikal rolunun, Cənubi Qafqazdakı lider ölkə statusunun təsdiqidir, o sırada Azərbaycanın vazkeçilməz ölkə olaraq əhəmiyyətinin etirafıdır.

Bakı indi sanki “Şərqin İsveçrəsi” kimi, bir növ konfliktlərin və konfliktli məsələlərin ən əlverişli həlli mərkəzinə çevrilməkdədir. Bu da öz növbəsində ölkəmizin beynəlxalq imicini gücləndirən amildir.

Güclü beynəlxalq imic isə Dağlıq Qarabağ məsələsində daha güclü söz sahibliyi, sözünün və təbliğatının artan kəsiri deməkdir. Qarabağ problemini qlobal güclərin dıqqətində saxlamaq üçün əlavə mühüm rıçaqdır. Çünki müasir dünya şərtləri daxilində təkcə güclü ordusu olmaq yetərli deyil. Eyni zamanda sanballı dostlara malik olmaq, böyük güc mərkəzlərinin etibarını qazanmaq da şərtdir.

*****

Təbii ki, Azərbaycanın güclü imici, ona qarşı artan etibar-etimad torpaqlarımızın güc yolu ilə azad edilməsi zamanı bizə xüsusilə lazım olacaq. Bakının Qarabağda antiterror əməliyyatı aparması daha anlaşıqlı qarşılanacaq.

Bütövlükdə diqqətçəkicidir ki, son vaxtlar Azərbaycan bölgənin hər mənada regionun mühüm açar dövlətinə çevrilməkdədir. Yada salaq ki, son illər Bakı həmçinin Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan liderləri arasında keçirilən sammitlərlə yadda qalıb.

Bundan əlavə, artıq regional əhəmiyyətli elə bir böyük iqtisadi, energetik, nəqliyyat layihəsi yoxdur ki, onu Azərbaycansız, Azərbaycanın investisiyası olmadan həyata keçirmək mümkün olsun. Azərbaycan indi həm də regional iqtisadi “xab” (“xab” - paylayıcı məntəqə anlamında) qismindədir. Şərqdən qərbə, şimaldan cənuba və əks istiqamətdə kommunikasiya əlaqələri, iri neft-qaz kəmərləri, “Böyük İpək Yolu”, o cümlədən “Dəmir İpək Yolu” artıq Azərbaycansız fəaliyyət göstərmək imkanında deyil.

Bu fonda Bakının, üstəlik, beynəlxalq əhəmiyyətli tədbirlər və görüşlər üçün ən etibarlı, təhlükəsiz və neytral, sülh və barış məkanı kimi seçilməsi Azərbaycanın geosiyasi önəminin də artdığına dəlalət edən faktdır.

*****

Azərbaycan ətrafında baş verən bu mühüm gəlişmələr sözsüz ki, ən çox işğalçı Ermənistanı narahat edir. Getdikcə bölgənin daha “izqoy” (“tullantı”) ölkəsinə dönən və blokada vəziyyəti üzündən iqtisadiyyatı rüşeym vəziyyətində qalan Ermənistan hazırda özünün avantürist və populist baş naziri Nikol Paşinyanın “demokratiya islahatlar” oyunu ilə, Qərbə təhlükəli reveransları hesabına guya öz beynəlxalq imicini yaxşılaşdırmağa çalışır, heç olmasa, bu yolla Azərbaycanın  regionda getdikcə barışdırıcı, xab rolunu kiçiltməyə səy edir.

Lakin bunlar əbəs cədhlərdir. Ona görə ki, Azərbaycana qarşı dünyada artan etimad, onun güclənən imici və rolu  işğalçı Ermənistandan fərqli olaraq, ilk növbədə onun heç kimin vassalı olmaması, etibarlı və imkanlı tərəfdaş kimi çıxış eləməsi reallığı ilə birbaşa əlaqəlidir.

Ayrı sözlə, əgər Ermənistan da dünyada belə hörmət-izzət və etimad yiyəsi olmaq istəyirsə, o zaman öncəliklə Rusiyanın siyasi-hərbi girovluğundan çıxıb gerçək müstəqilliyə qovuşmaq barədə düşünməlidir. Bunun yolu isə iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə barışıqdan, bu iki ölkəyə qarşı əsassız torpaq iddiasından imtinadan keçir.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar