Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ətrafında yaşayan sakinləri avtobus problemi yaşayır


Bakı və ətraf qəsəbələrin sakinləri axşam saatlarından etibarən bəzi ictimai nəqliyyat vasitələrinin işləməməsindən şikayət edirlər


APA-nın məlumatına görə, sözügedən problem 21:00-22:00 radələrindən etibarən yaşanır. Sakinlərin məlumatına görə, əsasən 2, 10, 13, 32, 35, 38, 66, 78, 90, 104, 108, 116, 125, 134, 136, 147, 148, 158, 161, 170, 171, 179, 199 nömrəli xətt marşrutları son reyslərini ən gec 22:00-da həyata keçirirlər.

Sərnişinlər iddia edirlər ki, sürücülər “planı” artıqlaması ilə doldurduqlarından və daha çox qazanc götürdüklərindən axşam saatlarında işləməyə maraqlı olmurlar. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bunun real vəziyyət olmadığını deyib.

Ə.Cəfərov bildirib ki, avtobuslarının axşam saatlarda sayının azalması nəqliyyat vasitəsinin təmirə dayanması və ya nasaz olması ilə əlaqədar ola bilər. “Bir qayda olaraq ictimai nəqliyyat vasitələri səhər saat 06:00-dan axşam saat 00:00-dək işləyirlər. Ancaq saat 08:00-dan 00:00-dək iş qrafikində maşınların sayı azala bilər ki, bu da sərnişin daşınmanın axının azalması ilə bağlı olur. Məsələn, 10 marşrutun hamısı ard-arda işləyə bilməz. Burada yanacaq sərfiyyatını da nəzərə almaq lazımdır.

Bununla yanaşı, bu nəqliyyat vasitələri fərdi sahibkarlara məxsusdur və onlar da daha çox gəlir götürmək də maraqlı olurlar. Misal üçün avtobus hər dövriyyəsinə 40-50 manat gəlir götürürsə, niyə saat 21:00-dan sonra da işləməsin? Həmçinin sərnişin axınını da nəzərdə saxlamaq lazımdır”, - deyə Ə. Cəfərov söyləyib. Ə.Cəfərov sərnişinlərdən bu cür hallarla rastlaşdıqları halda, o cümlədən avtobuslara aid digər problemlər yarandığı zaman (012) 563-24-44 nömrəli “Qaynar xətt”ə zəng etmələrini xahiş edib. Onun sözlərinə görə, buraya daxil olan hər bir məlumat yerindəcə araşdırılır və müvafiq tədbir görülür.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar