45-55 yaşlı kişi ürək tutmasından vəfat edib
Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur.
Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.