Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət etdi


Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərindəpaytaxtda baş tutacaqAzərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini intensiv şəkildə davam etdirir


Hazırda polad şəbəkələrlə trekin ətrafında ikinci qoruyucu hasarın quraşdırılması işləri aparılır. Tikinti-quraşdırma işləri görülərkən şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafda yerləşən biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneçiliyin törədilməməsinə xüsusi diqqət göstərilir.

Musavat.com xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərindən, o cümlədən trek ətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan müvəqqəti narahatlığa görə üzr istəyir və onları səbrli davranaraq yarışa hazırlıqla bağlı görülən işləri anlayışla qarşılamağa dəvət edir.

Əməliyyat şirkəti bir məqamı ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula 1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Biz təşkilatçı olaraq Azərbaycan Qran Prisini izləməyə gələcək Formula 1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırıq. Ümid edirik ki, xaricdən gələn minlərlə turist başda trekə yaxın iaşə obyektləri olmaqla bütövlükdə ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa öz töhfəsini verəcəkdir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti möhtəşəm yarışın ərsəyə gəlməsində göstərdiyi anlayış və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir. İnanırıq ki, bu il də biz sizin əvəzolunmaz köməyiniz sayəsində Formula 1 çempionatının ən maraqlı və ən yaddaqalan yarışına ev sahibliyi edəcəyik!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar