Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Minsk Qrupundan imtina edərsə...


“Atlas” Araşdırmalar Mərkəzi: “Azərbaycan Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq istədikdə, bu təşkilat mövzunun müzakirəsini bir arqumentlə rədd edir: Qarabağ məsələsi ilə ATƏT məşğul olur”


“Atlas” Araşdırmalar Mərkəzi Qarabağ münaqişəsi ilə bağlı son durumla əlaqədəar açıqlama yayıb.  Açıqlamada bildirilir ki, AzərbaycanErmənistan prezidentlərinin avqustun 10-da Soçidə keçirilən görüşündən sonra yeganə nəticə budur: tərəflər lokal toqquşmalara ara verərək, kiçik istisnalar xaricində, 10 avqustdan sonra atəşkəsə riayət edirlər.

Bu, Moskva və İrəvanın maraqlarına cavab verir. Ancaq Bakı mövcud vəziyyətdən yenə narahatdır. Çünki status-kvonu dəyişdirmək istəyir. Belə olan halda bölgədə nisbi sabitlik yenə pozula bilər. Ancaq növbəti lokal toqquşmalar da nəticəsiz qalacaq. Çünki məsələyə yenə Kreml müdaxilə edərək lokal toqquşmaların müharibəyə çevrilməsinə imkan verməyəcək.

Danışıqlar nəticə vermir, müharibə isə risklidir. Belə olan halda rəsmi Bakı status-kvonu dəyişdirmək və beynəlxalq aləmin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmək üçün qeyri-standart addım haqqında düşünə bilər. Belə bir addım rəsmi Bakının ATƏT-in Minsk Qrupunun (Minsk Qrupunun üzvləri) vasitəçiliyindən imtina etməsi variantıdır. Onsuz da Minsk Qrupunun 20 illik fəaliyyəti heç bir nəticə verməyib, hazırladığı planlar AzərbaycanErmənistanda qəbul edilməyib. Minsk Qrupu təsir mexanizmlərinə malik deyil. Qrupun arqumenti bundan ibarətdir ki, tərəflər könüllülük əsasında razılaşmaya gəlməlidirlər, onlar bu işə yalnız kömək edə bilərlər.
Bütün bunlar o deməkdir ki, Minsk Qrupu gələcəkdə də vasitəçilik missiyasında uğur qazana bilməyəcək. Bu isə status-kvonun davamı deməkdir. Deməli, rəsmi Bakının status-kvodan qurtulmağının bir yolu da Minsk Qrupundan imtina etməsidir.
Rəsmi Bakı Minsk Qrupundan imtina edərsə, bu, Azərbaycan üçün hansı yeni imkanlar yarada bilər?

Birincisi, Azərbaycanın Minsk Qrupundan imtinası Bakının vasitəçilik məsələsində ATƏT-dən imtinası demək olacaq. Rəsmi Bakı hər zaman Dağlıq Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq istədikdə bu təşkilat mövzunun müzakirəsini bir arqumentlə rədd edir: Qarabağ  məsələsi ilə ATƏT məşğul olur, biz bu məsələyə qarışa bilmərik. Deməli, rəsmi Bakı ATƏT-in Minsk Qrupundan imtina edərsə, BMT Dağlıq Qarabağ probleminə diqqət yetirmək məcburiyyətində qalacaq. Bu isə nəzəri olaraq BMT-də işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul olunan 4 qətnamənin də gündəmə gətirilməsinə şərait yarada bilər.

Əlbəttə, bu o demək deyil ki, münaqişənin həlli ilə BMT məşğul olacaq. Ancaq rəsmi Bakının ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtinası ən azı beynəlxalq aləmə siqnal olacaq ki, Azərbaycan mövcud vəziyyətlə barışmır və işğal altındakı torpaqlarının boşaldılmasını tələb edir. BMTATƏT bölgədə müharibə istəmirlər, ona görə də Minsk Qrupunun əvəzinə başqa formatı müzakirə etmək məcburiyyətində qalacaqlar.

İkincisi, rəsmi Bakının Minsk Qrupundan imtinası başqa formatın axtarışına yol açacaq. Yeni vasitəçiyə və ya vasitəçilərə ehtiyac yaranacaq. Onsuz da ABŞ və Fransa illərdir fəal vasitəçilik missiyası həyata keçirmirlər, bütün təşəbbüs Rusiyanın əlindədir. Ermənistan ilk növbədə Rusiyanı istəyəcək, rəsmi Bakı Kremlə “yox” deyə bilməyəcək, ancaq başqa bir ölkənin namizədliyini də irəli sürəcək. Böyük ehtimalla bu ölkə Türkiyə olacaq. Əlbəttə, bu varianta da İrəvan etiraz edəcək. Ancaq əgər Kreml Ankara ilə anlaşarsa, Moskva İrəvana təzyiq edib bu prosesə Türkiyənin qatılmasına şərait yarada bilər. Ukrayna məsələsində Qərbin sanksiyaları ilə üzləşən Kreml ABŞ və Fransanın vasitəçiliyindənsə Türkiyənin bu prosesdə rol almasına yaşıl işıq yandıra bilər.

Türkiyənin vasitəçilik prosesinə qoşulması Azərbaycanla yanaşı RusiyaErmənistanın da xeyrinədir. Çünki Ankara Vaşinqton və Avropa Birliyi ölkələrindən fərqli olaraq Rusiya ilə sıx münasibətlərə malikdir və Moskvanın bölgədəki maraqlarını nəzərə alır. Digər tərəfdən, Ermənistan üçün Türkiyə ilə münasibətlərin nizamlanması və sərhədin açılması vacibdir. Beləliklə, ATƏT-in Minsk Qrupundakı ABŞ, Fransa və Rusiya həmsədrliyi Rusiya + Türkiyə tandemi ilə əvəz oluna və bu, danışıqlar prosesini canlandıra bilər. Məsələn, bu dördlükdən (Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə) ibarət daimi təmas qrupu formalaşdırıla bilər. 4 ölkənin diplomatları daimi əsasda müzakirələr apararaq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını və Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq plan hazırlaya bilərlər.
Üçüncüsü, Azərbaycanın Minsk Qrupundan imtinası Fransanın vasitəçilik missiyasına son qoyacaq. 

Rəsmi Bakı Minsk Qrupunun xaricində də Fransa ilə münasibətlərin inkişafının tərəfdarıdır. Fransa dünyanın ən iri və modern silah istehsalçılarından biridir. Rəsmi Bakı Fransadan silah almağa çox çalışır. Paris bu silahları Azərbaycana satmamasını Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası ilə əlaqələndirir. Ancaq əgər Fransa vasitəçi olmayacaqsa, onda Parisin Azərbaycana milyardlarla dollar həcmində silah satmaq şansı yaranacaq. Fransa NATO-nun üzvüdür, bu təşkilatın isə AzərbaycanErmənistana silah satmamaqla bağlı qeyri-rəsmi qərarı var. Ancaq bu qərardan ən çox istifadə edən Rusiya və İsraildir. Hər iki dövlət Azərbaycana milyardlarla dollar həcmində silah satır. Ona görə də bir müddətdən sonra maliyyəyə ehtiyacı olan və silah bazarında Rusiya ilə rəqabət aparan NATO ölkələrinin Azərbaycana silah satmamaq qərarına yenidən baxması mümkündür.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar