Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə

Nərimanov Rayon Məhkəməsində Qüdrət Şükürovun keçmiş kürəkəninin işi üzrə məhkəmə başlayır; Elşən Əsgərlinin atası “baş liftçi”nin korrupsiya əməllərini araşdırmağa çağırıb


Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adını yenidən mətbuatın gündəminə qaytaracaq məhkəmə prosesi başlanır. 

Aprelin 13-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni  Elşən Əsgərli və dostları  Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.

İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və  Nuray Bayramlı yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə  zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib: “Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik"  stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam".



Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: “Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Bu gün həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır.  Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oqtay Əhmədov rəhbərlik edib. Maşınının nömrə nişanlarını belə açıb özləri ilə aparıblar. Lakin Baş Polis İdarəsinin İstintaq İdarəsində işə obyektiv yanaşılmayıb. Nəsimi rayonu ərazisində Elşən Əsgərlinin döyülməsindən sonra məhkəmə tibb ekspertizası onun bədəni üzərindəki xəsarətləri fiksə edib və dərəcəsi haqda istintaq orqanına müvafiq rəy verib. Çox təəssüf ki, bu günə qədər həmin işin icraatı heç bir əsaslı səbəb olmadan dayandırılıb. Elşən Əsgərli həmin iş üzrə zərərçəkən olduğu bir vaxtda Nərimanov rayonu ərazisində Oktay Əhmədov yenidən onunla qarşılaşıb və xəsarət yetirib. Hesab edirəm ki, məhkəmə işə obyektiv baxacaq və hazırlıq iclasında işi ibtidai istintaqa qaytaracaq”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini “şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıda binalarda quraşdırılır: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat" alır. Mən özüm onun “Azəriqazbank”ın filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar