Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Britaniyaya nota verdi


Londondan cavab gəldi; Qərblə münasibətlərdəki gərginlik Qarabağı da təhdid edir və separatçı rejimi ruhlandırır


Böyük Britaniyanın Azərbaycandakı səfiri iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. 

Burada ona rəsmi Bakının notası təqdim edilib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini Xələf Xələfov diplomata Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda  8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə əlaqədar Azərbaycan hökumətinin qəti etirazı bildirilib.

Xələfov bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığını vurğulayıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib. 

Öz növbəsində səfir İrfan Siddiq Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını bildirərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb. 

Həmçinin Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib. Azərbaycanın Londondakı səfirliyinin məktubuna cavab olaraq, İngiltərə XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır. Cavab məktubunda habelə separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusi vurğulanıb.

Xatırladaq ki, bu il mayın 3-də Fransadan olan bir neçə deputat Dağlıq Qarabağda qanunsuz seçkiləri müşahidə elədiyi üçün Azərbaycan Fransaya etiraz notası təqdim etmişdi. Notada bu faktın Azərbaycanla Fransa arasında dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, həmçinin Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi, münaqişənin həllinə xələl gətirəcəyi vurğulanırdı. 

Hərçənd 3 may tarixindəki saxta seçkiləri Rusiyada olan deputatlar da “izləmişdi”, üstəgəl, Moskva Cənubi Osetiya “parlamentinin” spikeri Anatoli Bibilovu “müşahidəçi”qismində Xankəndinə göndərmişdi, bununla belə, Bakı Rusiyaya analoji nota təqdim etməmişdi. Böyük Britaniya isə Fransa və Rusiya kimi vasitəçi dövlət deyil. Fransa və Rusiyadakı kimi separatçı rejimin nümayəndəliyi də Londonda fəaliyyət göstərmir. 

Bütün hallarda gerçəklik və təəssürat belədir ki, İngiltərə də daxil, Qərb Qarabağın separatçı liderlərini nədənsə Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım və Donbas separatçılarından 1-2 köynək özünə yaxın sayır. ABŞ isə üstəlik, hər il onlara maliyyə yardımları ayırır. Halbuki postsovet məkanındakı digər separatçı bölgələrin rəhbərlərinə qarşı sərt sanksiya rejimi qüvvədədir, onların Qərb ölkələrinə, ABŞ-a girişi yasaqlanıb.
Bizcə, belə ikili durumun yaranmasında xristian faktoru, güclü erməni diasporunun mövcudluğu (baxmayaraq ki, İngiltərədə güclü erməni icması yoxdur və bu ölkə bizə Fransadan daha yaxındır) amili ilə yanaşı, Azərbaycanın müsəlman ölkə olması və bir az da Qərbdən məsafə siyasəti yürütməyə üstünlük verməsi az rol oynamır. Xüsusən də son vaxtlar Bakının Qərblə münasibətlərində müşahidə edilən gərginlikdən Dağlıq Qarabağdakı separatçı rejimin də maksimum faydalanmağa çalışdığı görünür. 

Odur ki, nota vermək öz yerində, bir an öncə bu gərginlikdən, Azərbaycanı təcridə aparan yanaşmadan qurtulmaq, Qərblə əlaqələrdə sahman yaratmaq və dialoq haqda düşünmək zamanı da çatıb. İlk addımı rəsmi Bakı atmalıdır. Çünki Azərbaycan Qərbə daha çox möhtacdır, nəinki əksinə. Ən önəmlisi, bunu Dağlıq Qarabağın taleyi diktə edir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar