Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Biznes və Kooperasiya Kollecində «böyük bazar»


Semester dövründə kollecin əyani şöbəsində oxuyanlardan istisnasız 300 manat, qiyabi şöbədə oxuyanlardan isə 350 manat alınır


Bakı Biznes və Kooperasiya Kollecinin bir qrup tələbəsi saytımızın elektron poçtuna şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda tələbələr kollecdə baş alıb gedən rüşvətdən və kollec rəhbərliyinin özbaşınalıqlarından gileylənirlər. 

Şikayətçi tələbələr bildirirlər ki, Bakı Biznes və Koopersaiya Kolecinin rəhbərliyi imtahanlarda onlara əməlli başlı «haqq» qoyub. Belə ki, kollecdə tələbələrin savadı və biliyi qətiyyən nəzərə alınmır və hər bir tələbə imtahanlardan yaxşı qiymət almaq üçün mütləq 300 manat verməlidirlər. Hətta bəzi fakultələrdə imtahanların və smesterin qiyməti 400 manata qədər yüksəldilib. 

Xatırladaq ki, «Azərittifaq»ın tərkibində fəaliyyət göstərən Bakı Biznes və Kooperasiya Kollecində 1500 yaxın tələbə İnformastika müəllimliyi, Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Gömrük işi, Marketinq, Bələdiyyə Təsərürfatının təşkili, Kommersiya, Komputer şəbəkələrinin hesablama texnikasının təmiri və servis xidməti, Əmtəəşünaslıq və istehsak Mallarının ekspertizası, Mehmanxana-Turist və Sanatoriya- Kurort Komplekslərində iaşə və servis xidmətləri ixtisasları yzrə təhsil alır. Kollecdə 4 Mühasibat Uçotu və maliyyə işi, Biznes və idarəetmə, İnformatika şöbələri var və 120 dən çox müəllim işləyir. Həmçinin qiyabi şöbədədə 12 ixtisas hazırlanır və 400-dən çox tələbə burda təhsil alır. 

Elektron poçtumuza göndərilən məktubda qeyd olunur ki, kollecdə imtahanlarda tələbələrdən hesabı şöbə müdirlərinin vasitəçiliyi ilə direktorun 72 yaşlı tədris işlər üzrə müavini Tarıyel Əliyev və 1-ci müavin Vaqif Mahmudov həyata keçirir. 

Tələbələr dərsdə olmadıqlarına görə tədris işlər üzrə müavinin köməkçilərinə 1 gün üçün 4 manat pul verdiklərini və lazım olanda bu «qiymətlə» aylığa çıxmağında mükün olduğunu bildirirlər. 

Şikayət məktubunu yazan tələbələrin iddiasına görə Bakı Biznes və Kooperasiya Kollecində qəsdən elə bir  «ab-hava» yaradıblarki, guya təhsil müəsiəssində baş verən özbaşınalıqlardan direktor Fatima Quliyevanın xəbəri yoxdur.  Halbuki 4 ilə yaxındır direktor vəzifəsini daşıyan Fatimə Quliyeva kolecdə baş verən hadisələrdən yetərincə xəbərdardır. Amma direktorun 1-ci müavini Vaqif Mahmudovla, tədri işlər üzrə müavin Tarıyel Əliyevin kolleci istədikləri kimi idarə etmələri onların «Azərittifaq» da və Təhsil nazirliyində güclü dayaqlarının olduğundan xəbər verir. 

Məktubu göndərən tələbələr onuda qeyd edirlər ki, imtahanlarda, semestirlərdə, dövlət imtahnlarında yığılan hesablardan həm direktor Fatima Quliyevaya, həm «Azərittifaq»da, həmdə Təhsil Nazirliyində müəyyən şəxslərə  «pay» verilir. 

Bundan başqa qiyabi şöbənin dərsləri və imtahanları da biabırçılıq həddindədir. Çünki heç kəsdən çəkinməyən rəhbərlik qiyabi şöbədə tələbələrdən istisnasız 350 manat tələb edirlər. Hətta şöbədə təhsil alan 400 tələbənin bir hissəsi şöbə müdiri Zakir Məmmədovun “hesabı”nı verərək ümumuiyyətlə semester dövrlərində belə dərslərə gəlmirlər. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar