Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Biznes Universitetində nə baş verir?


İbad Abbasov Bakı Biznes Universitetində ' qanqsterlik edir'


Bakı Biznes Universiteti biznes mərkəzinə çevrilib.

PİA.AZ bldirir ki, 24saat.org-un xəbərinə görə, rektor İbad Abbasov bu təhsil ocağında tələbələr arasında ad qazanıb.

Tələbələr arasında gedən söhbətlərə görə, İ.Abbasov da ali məktəbdə qanqsterlik edir. Məlumata görə, onun qurduğu şəbəkəyə prorektorlar Ağasəlim Ələsgərov, Rahim Sadıqov və Sabir Əmirxanov daxildir.

Necə ki, sabiq MTN generalları sahibkarların xirtdəyindən yapışaraq onların dərisini üzürmüş, eləcə də Abbasov da tələbələri soğan qabığı kimi soyur.

Hələ bu azmış kimi, o, bu günlərdə istefa verən “Təfəkkür”ün rektoru Müşfiq Atakişiyevin və ABU-nun rektoru olmuş Elşad Abdullayevin yolunu gedir.

Onun qanunsuz tələbə qəbulu ilə də məşğul olduğu iddia edilir. Bu əməlinə don geyindirmək üçün vakant qalan yerlərə keçirilən daxili imtahanla məsələni legitimləşdirir. Əslində təkcə bu FAKT (sübut edə bilərik!) İbad Abbasovun rüşvət mexanizmini ifşa etmək üçün yetərlidir.

Tələbələr isə danışırlar ki, ABU və “Təfəkkür” rektorlarının aqibəti İ.Abbasov üçün də istisna deyil. Hələ ki, sehirli əllər onu himayə edir. Rektor da universitetdə yaratdığı dekan-metodist çetesi ilə çovdarovsayağı tələbələrin “qanını içir”.

Belə ki, adıçəkilən təhsil ocağına daxil olmaq üçün 8-10 min manat istənilir. İmtahanlarda isə qiymətlər fərqlidir. Qiyabi şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 50 manat arası rüşvət alındığı bildirilir.

Əyani şöbədə isə bu rüşvət 70 manatdan başlanır. Hər qayıbın qiyməti isə 5 manatdan hesablanır. Rektor isə BBU-na təhsil ocağı yox, supermarket kimi baxır. Yəni universitetin adı onun biznes profilli olduğunu nümayiş etdirir.

Bakı Biznes Universiteti qış bazarlığını açıq elan edib. Rektor İbad Abbasov ali məktəbin tələbələrinə geniş imkan yaradıb ki, bu soyuqda yaxşıca “tərləsinlər”.

Rektor İbad Abbasov tələbələrin hesabına külli miqdarda gəlir əldə etməklə tək özünü yox, yuxarı dairələri də yemlədiyini yaxın çevrəsində bəyan edir. Bakı Biznes Universitetində (BBU) təhsil alan tələbələr buranı özəl təhsilimizin üz qarası adlandırırlar.

Əslində, tələbələrə bu fikirdə haqq qazandırmaq olar. Çünki özəl təhsil sektorunda müşahidə edilən çoxsaylı problemlərin əsas yaradıcılarından biri də məhz BBU-dur.

1993-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi 21 il ərzində təhsilimizin inkişafına heç nə ilə yardım edə bilməyib. Əksinə, universitetdə qeydə alınan xoşagəlməz hadisələr təhsil sisteminə sarsıdıcı zərbə vurub.

Onu da qeyd edək ki, BBU mətbuatda da himayə olunur. Bu səbəbdəndir ki, heç bir tələbəsinə rəhm etməyən universitetin qaranlıq əməlləri ictimaiyyətə olduğu çatdırıla bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar