Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı 2015-ə biletləri “McDonalds“ restoranlarından almaq olar



Bakı 2015, iyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən seçilmiş McDonalds restoranlarından almağın mümkün olduğunu elan edir


Bakı 2015-in qida təchizatı üzrə rəsmi dəstəkçisi McDonalds, özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.
 
Bilet kassalarının açılışında çıxış edən Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Bilet satışları uğurla davam edir və biz, McDonaldsın göstərdiyi dəstəyin daha çox insana Bakı 2015-in həyacanını yaşamağa imkan yaradacağından məmnunuq.
 
12 iyun açılış mərasiminə sayılı günlər qaldıqca ölkə boyunca Oyunlara olan marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Oyunlara böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.
 
Bakı 2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6000-dən çox idmançı mübarizə aparacaq.
 
McDonaldsla yanaşı, biletləri www.baku2015.com saytında onlayn üsulla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumat www.baku2015.com saytında, yaxud 2015 - tamaşaçı məlumat mərkəzinə zəng etməklə əldə etmək olar. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar