Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Sumqayıt yolunda yük maşını aşdı: 1 yaralı



Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib


Sumqayıt şəhərindən paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Məcidov Ağababa Qulam oğlu idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan sürücü hadisə şahidlərinin səyləri ilə avtomobildən çıxarılıb. Ağababa Məcidov təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər KLiniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ağır kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

Aşan avtomobil yüklü olub. Onun yük yerində olan qum yola dağılıb. Qəza nəticəsində Sumqayıtdan Bakı istiqamətində tuneldə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Bakıya gələn maşınlar kənar yolla hərəkət etməli olublar. Yük maşını aşan zaman tunelin beton divarını da uçurub.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, eləcə də hadisənin fəsadlarının aradan qaldırılması üçün ağır texnika cəlb edilib. Aşan yük maşını çətinliklə olsa da, ərazidən uzaqlaşdırılıb. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar