Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Şamaxı yolunun sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-107-ci kilometrliyinin əsaslı təmirinə başlanılacaq


Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin ərazinin bəzi hissələri aktiv sürüşmə zonalarından keçir: "Yolun həmin hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, yollarda tikiləcək mühərrik istehkam qurğuları hesablanıb və layihə aidiyyəti orqanlara təqdim edilib. Yaxın vaxtlarda yolun həmin hissəsinin təmirinə başlanılacaq".

A.Nəcəfli qeyd edib ki, təmir zamanı yolda baş verəcək sürüşmə hallarının da qarşısı alınacaq.

Qurum rəsmisi vurğulayıb ki, həmin yolda aktiv sürüşmə olan hissələr "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır: "Aktiv sürüşmə zonaları olan bu ərazilərdə tez-tez sürüşmə halları baş verir. Sürüşmələr də həmin ərazidən keçən yolun torpaq qatına təsirsiz ötüşmür. Burada çökmə olan zaman sürüşmənin yaratdığı fəsadların dərhal aradan qaldırılması və yolda hərəkətin bərpasına maneçilik törədilməməsi üçün həmin ərazilər nəzarətdə saxlanılır".

A.Nəcəfli deyib ki, hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib. Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb. Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-91-ci kilometrliyi yenidən qurulub. Adıçəkilən avtomobil yolu genişləndirilərək 2 zolaqlı yoldan 4 zolaqlı yola keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar