Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Ceyhan kəmərinə bu il 74 mln. dollar xərclənib


Əməliyyat xərcləri təqribən 64 mln. dollar, əsaslı xərclər isə 10 mln. dollar təşkil edib


Bu ilin yanvar-iyun ayları ərzində “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 74 mln. ABŞ dolları xərcləyib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, əməliyyat xərclərinin məbləği təqribən 64 mln. dollar, əsaslı xərclərin isə 10 mln. dollar təşkil edib.

2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 mln. ton (təxminən 2,74 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 mln. ton (125 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar