Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Ankara reysi təxirə salındı


Bu gün saat 16-da Bakıdan Ankaraya uçan təyyarə reysi təxirə salınıb


Bu barədə Musavat.com-a həmin reyslə Türkiyəyə uçmalı olan sərnişinlərdən biri məlumat verib. 

Redaksiyamıza fotoşəkillər də göndərən oxucumuzun sözlərinə görə, reysin təxirə salınmasının səbəbi, daha dəqiqi, səbəbkarı bu şəkildə görünən qadındır. Bütün sərnişinlər yerində oturduqdan sonra təyyarə uçuşa hazrlanarkən bu qadın qəfildən fikrini dəyişib və uçmaq istəmədiyini bildirib. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb.

Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının sonda anda uçmaq istəməməsini ciddi qarşılayıblar. Qaydalara görə, əgər bir xəstə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub.

Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər.

Güman olunur ki, Bakı-Ankara reysi üzrə uçuş saat 18-də baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar