Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Amerika münasibətlərində mühüm gözlənti – inanılmaz iddia


Suriya böhranı qarşı duran Qərb və Rusiya üçün Azərbaycanın dəyərini artırıb; “Böyük iyirmilər”in Antalya sammiti rəsmi Bakı üçün də ciddi test olacaq; siyasi məhbusların azadlığı üçün növbəti şans pəncərəsi açılır...


Azərbaycan prezidenti İlham Əliyev nə ötən ayın sonlarında Moskvaya - məscid açılışına , nə də az sonra Nyu-Yorka - BMT Baş Məclisinin yubiley toplantısına getmədi. Bəzi  analitiklər bunu rəsmi Bakının Moskva və Vaşinqtonla ənənəvi balanslı münasibətlərində pauza götürmək istəyi ilə bağladılar. Yəni iki güc mərkəzi arasında yaranmış vəziyyətin mürəkkəbləşməsindən doğan gediş kimi təqdim elədilər.

Ələlxüsus da Nyu-York səfərindən imtina belə rəy doğurdu ki, Azərbaycan rəhbəri son vaxtlar insan haqları ilə bağlı Vaşinqtonun sərt ritorikası fonunda, sadəcə olaraq, Ağ Ev başçısı Barak Obama ilə üz-üzə gəlməyi istəməyib. Belədirsə, üstəlik, Barak Obamanın Baş Məclisdəki məlum çıxışında, avtoritar ölkələrlə bağlı söylədikləri ciddiyə alınarsa, tərəflər arasında münasibətlərin heç də isti olmadığı qənaəti yaranar. 

Ancaq Rusiyanın Suriyaya müdaxiləsi ilə artıq yeni bir situasiya yaranıb və bu situasiya qarşı duran güclər kimi Qərb və Rusiya üçün Azərbaycanın dəyərini artırmaqla yanaşı, Bakını növbəti kritik seçimlə üzləşdirib - Rusiyanı dəstəkləmək, ona arxa cəbhə olmaq və qarşılığında nəsə almaq, yoxsa qardaş Türkiyənin də yer aldığı Qərb koalisiyasında olmaq?
Sözsüz ki, çətin dilemmadır. Hətta neytral qalmaq, faktiki, mümkünsüz görünür. İş də ondadır ki, onsuz da təməl insan haqları ilə bağlı Qərblə, ABŞ-la münasibətlər qeyd edildiyi kimi, ilıq deyil, üstəgəl, Suriya məsələsində Moskvaya Bakının hər hansı reveransı vəziyyəti daha da tündləşdirə bilər. Paralel surətdə qardaş Türkiyənin maraqları gözardı edilmiş olar. 

***
Lakin bəzi mötəbər bilgilərə görə, rəsmi Bakı Türkiyəni küsdürmək xətti götürmək niyyətində deyil. Deməli, Qərblə, xüsusən də ABŞ-la münasibətləri sahmana salmağa maraq göstərilir ki, ən azından “Böyük iyirmilər”in (G20) gələn ayın 20-də Antalyada keçiriləcək sammitinə ölkə başçısı İlham Əliyev, necə deyərlər, hazırlıqlı yollana bilsin.



Məlumdur ki, Türkiyə ev sahibi qismində öz hüququndan istifadə edərək ali tədbirə yeganə qonaq dövlət kimi Azərbaycanı, onun prezidentini dəvət edib. Bəzi informasiyalara görə, İlham Əliyev tənqidlərdən yayınmaq üçün Qərb liderləri, o sırada Obama ilə üz-üzə gəlməmək üçün bu toplantıya da qatılmaya bilər.

Ancaq bizcə, tələsik qənaətdir. Əvvəla, dəvət Türkiyə prezidentinə məxsusdur və ondan imtina qardaş ölkəni pərt edə bilər - axı məntiqlə imtina olacaqdısa, o zaman Ankara başqa bir dost dövləti (tutaq ki, Qazaxıstanı) dəvət edərdi. İki qardaş ölkə prezidentinin belə bir ali tədbirdə qoşa iştirakı isə Türkiyə və Azərbaycanın gücünə istər-istəməz güc qata, onların problemlərinə dünyanın diqqətini artırardı. 

Müxtəsəri, bu, Azərbaycan üçün qiymətli bir şans kimi görünür və böyük ehtimalla o reallaşdırılacaq. Hərçənd, Azərbaycan prezidenti ona kimi situasiyanı yumşaldacaq bəzi “pereventiv addımlar” atmaq zorundadır. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, Azərbaycan tərəfi ilə bu yöndə artıq məsləhətləşmələr başlayıb və 20 noyabradək xeyli məsələlər həll oluna bilər: “İndiki məqam - seçkiqabağıdır. Ona görə də bu mənada gərginlik keçirirlər. Amerikalılar üçün ən vacib məsələ isə stabillikdir”.

Sözsüz ki, 20 noyabradək Azərbaycanda parlament seçkiləri keçiriləcək və seçkinin nəticələrinə konkret olaraq Vaşinqtonun reaksiyası vəziyyətə öz məxsusi möhürünü basacaq. Bu mənada ehtimal eləmək mümkündür ki, aradakı gərginliyin daha da artmaması üçün noyabrın 20-dək Azərbaycan iqtidarı siyasi məhbusların azadlığı ilə bağlı hansısa pozitiv addım da atsın.

***
Maraqlıdır ki, bu arada ABŞ-ın da Bakıya ünvanlı yeni ciddi reveranslar haqda düşündüyü haqda iddialar yayılıb. Məsələn, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir, Amerika Azərbaycanın hesabına Rusiyanı mövcud enerji bazarından sıxışdırmağa, bunu da Rusiyanın qarşısına SOCAR-ı çıxarmaqla - Güney Qafqazda “ikinci BP”ni yaratmaqla həyata keçirməyə çalışır. Ötən sayımızda vurğuladığmız kimi, əsas məqsəd Rusiyanı bölgənin siyasi və iqtisadi maraqlarından uzaq tutmaqdır.

Sitat: “Qərb üçün Rusiyanın Cənubi Qafqazdakı vahid hakimliyinə son qoyulması və Yaxın Şərqdəki mövcudluğunun minimuma endirilməsi əsas hədəfdir. Bu strateji gedişin ən önəmli hissələrindən biri Azərbaycanla bağlıdır. Həmçinin Azərbaycanın Avropada mövcud enerji bazarındakı mövqeyinin genişləndirilməsi və daha çox pay almasıdır. ”LUKoyl" və “Qazprom” kimi şirkətlərin əsas enerjidaşıyıcı qismində olması Qərb üçün arzuolunmazdır. Həmin mövqelərin SOCAR-a verilməsi gözlənilir. Amerika digər tərəfdən, Avropa Birliyini, SOCAR-ın hələ də imzalanması gözlənilən 500 milyonluq layihəsini də tezliklə imzalamağı çağırıb. Bu, əslində Qərb və Avropanın Azərbaycana siyasi dəstəyinin göstəricisidir".

***
Bu iddialarda həqiqət payı az deyil. Hər halda, faktdır ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi ilə onun Qərblə münasibətləri kulminasiya fazasına girib, dost-rəqibləri təzə seçim qarşısında qoyub və tezliklə düyünün açılması gözlənilir. Bu üzdən də Amerikanın Güney Qafqaza, Azərbaycana yönəlik yeni jestlərini, iqtisadi və diplomatik həmləsini gözləməyə dəyər. Qalır bu reverans və jestlərin Bakıda necə dəyərləndiriləcəyi və G20 testindən onun necə çıxacağı.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar