Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir


Şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:

Pitçinq üzrə master-klass

Trend Konsepsiyası üzrə intensiv təlim

Block-chains Giriş intensiv təlim

İnvestor Münasibətlərinin İnkişaf Etdirilməsi üzrə intensiv təlim

Məhsuldar Komandanın Saxlanması üzrə təlim

Strategiyanın İnkilşaf Etdirilməsi və Kommersiyalaşdırılması intensiv təlim
 
Qeyd olunan treninqlərdən hər biri əsas nəzəri hissədən və konkret halların təhlilindən (“case study”) ibarət olacaq. Treninqlərin müddəti ümumilikdə 28 saatdır.
 
Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.
 
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, 3-cü mərtəbə ünvanında yerləşən “AppLab” ofisindən (Sahil parkının yaxınlığında) istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana bilirlər. “Bakcell”in, Qualcomm şirkətinin və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar