Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən internet paketləri artıq 4G şəbəkəsində də fəaliyyət göstərir


Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qoruya biləcəklər.

“Uşaqların təhsili və inkişafında İnternetin rolu çox böyükdür. Lakin biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Buna görə də Bakcell və ENGİNET valideynlərə arzuolunmaz veb-səhifələri filterdən keçirmək və onlara girişi məhdudlaşdırmaq imkanı verib. Bu məhsula tələbat günü-gündən artmaqdadır. Bakcell ENGİNET ilə birgə virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bu gözəl fürsəti yaradıb”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.

Xatırladaq ki, ENGİNET şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni alan Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya biləcəklər.

“ENGİNET Azərbaycanda ilk şirkətdir ki “İnternet Filtrasiya Xidməti”ni fərdi bazarda təklif edir və bizim peşəkar komandamız bu məhsulu daha da keyfiyyətli etmək üçün vaxtaşırı olaraq müvafiq yenilənmə işləri həyata keçirir. Dünyada hər gün bir milyondan artıq veb-səhifə yaradılır və bizim də “qara siyahı” sistemimiz buna uyğun olaraq gündəlik yenilənir. Bu yaxınlarda isə axtarış sistemimizə “qara açar sözləri” üzrə daha bir yenilik tətbiq ediləcək”, deyə ENGİNET şirkətinin Marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib.

Qeyd edək ki, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsinin icrasına başlayıb. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində “Təhlükəsiz İnternet” mövzusunda açıq dərsləri təşkil edilir.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu fəaliyyətin bir hissəsidir.

Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134#10#YES yığaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.

Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.

“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar