Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcell şirkəti Expressbankın ödəniş sisteminə qoşuldu


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Expressbank tərəfindən istifadəyə verilmiş yeni ExpressPay sürətli ödəmələr sisteminə qoşulub


 Bu sistemin yaradılmasında məqsəd vətəndaşların ExpressPay ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməkdir. 

Qeyd olunan ödəmə sistemi vasitəsilə istifadəçilər daha sürətli və rahat yolla mobil rabitə, kommunal xidmətlər və digər  ödənişlər etməklə yanaşı bankdaxili pul köçürmə xidməti, kino və teatrlara biletlər alışı və digər çoxsaylı xidmətlərdən yararlana biləcəklər.
ExpressPay xidmətindən yararlanmaq üçün Expressbank filiallar şəbəkəsində, ticarət və əyləncə mərkəzləri və vətəndaşların sıx olduğu digər müxtəlif obyektlərdə çoxsaylı xüsusi ödəmə terminalları yerləşdirilməsi nəzərdə tutulur.
Ödəmə terminalları ilə yanaşı, Expressbank bu ödəniş sisteminin daha rahat olması məqsədilə tezliklə mobil qurğular üçün xüsusi proqram hazırlayacaq. İnternet vasitəsilə və ya Expressbankın istənilən filialında bu proqramı mobil qurğuya yükləməklə dünyanın istənilən nöqtəsindən mobil ödənişlər etmək mümkün olacaq.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib. 
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəal


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar