Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcell Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi açdı



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir


PİA.AZ xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasında  "Bakcell"in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasının  açılışı olub. 

Açılış mərasimində Naxçıvan MR Rabitə və  Yeni Texnologiyarlar nazirinin müavini  Əli Mikayılov da iştirak edib. "Bakcell"i təbrik edən Ə.Mikayılov Şirkətin Naxçıvan ərazisində fəaliyyətini genişləndirməsindən məmnun olduğunu dedi. 

"Bizim Azərbaycanın  müxtəlif regionlarında xidmət və məhsullarımızı abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə regional inkişaf strategiyamız var. Bu regionların içərisində  Naxçıvan xüsusi yer tutur. Xüsusən son altı ay ərzində biz burada fəaliyyətimizi genişləndirmək üçün bir çox işlər görmüşük.  Bu işlərin ilkin nəticələri artıq ortadadır: bugün Naxçıvan şəhərində həm yeni xidmət mərkəzinin, həm də diler mağazasının açılışını edirik. Bundan əlavə, Muxtar Respublikanın ərazisində ilk dəfə olaraq səyyar satış avtomobili fəaliyyətə başlayır. Biz bu regionun inkişaf etdiyini görürük və "Bakcell" şirkəti də bu inkişafın bir hissəsi olmaqdan məmnundur. Mən bizə göstərilən xüsusi diqqətə görə Naxçıvandakı bütün əlaqədar təşkilatlara təşəkkürümü bildirirəm ", deyə "Bakcell"in baş satış direktoru Fedja Hadzic bildirib. 

Bakcellİm Satış və Müştəri xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir. 

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Açılış mərasimi zamanı qonaqlara həmçinin Naxçıvanda ilk dəfə olaraq Bakcell səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində Bakcell abunəçilərinə xidmət göstərəcək. Buradan 
pulsuz DoğmaCIN tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 ay ərzində hər ay 30 dəqiqə bonus təqdim olunur.

Qeyd edək ki, DoğmaCIN tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər. 

Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq Sür@ İnternet paketi və  Sür@ data kartı pulsuz əldə etmək olar. 

Bakcell “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz məhsul və xidmətlərini abunəçilərinə daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edəcək. 

DSC_0398.jpg görüntüleniyor
DSC_0389.jpg görüntüleniyor
DSC_0385.jpg görüntüleniyor


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar