Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Kərimovanın «biznes mərkəzi» - 3 nömrəli İnternat Məktəbi


Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbinin direktoru haqqında şok korrupsiya faktları


3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova tibb texnikumunu qurtarıb; hazırda direktor TQDK-nın test imtahanlarından kənar, qanunsuz yolla Nəsrəddin Tusi adına Azərbayxan Pedoqoji Universitetin biologiya fakültəsinə daxil olub və ikinci kursda oxuyur; yüzlərlə uşağın taleyini heç bir pedoqoji səriştəsi olmayan bir tibb bacısına həvalə olunmasına görə kim məsuliyyət daşıyır? …

3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova haqqında PİA.AZ-a çarpıcı məlumatlar daxil olub. Daxil olan məlumatda göstərilir ki, Təhsil  Nazirliyinin  nəzdində DE - İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyevaya birbaşa tabe olan Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbində korrupsiya və ciddi maliyyə maxinasiyaları həyata keçirilir. 

Məlumatda göstərilir ki, Bahar Kərimova özünün də dəfələrlə qeyd etdiyi kimi, puluna və adamına o dərəcədə arxayındır ki, bu arxayınçılıqdan 3 nömrəli İnternat Məktəbini özünün şəxsi «biznes mərkəzinə» çevirib. Ona “Gözün üstdə qaşın var” - deyən tapılmır. Bildirilir ki, Bahar Kərimova rəhbəri olduğu internata həyat yoldaşını, qızını, qohum-əqrabasını işə gətirib dövlətin külli miqdarda vəsaitini mənimsəyir. Həmçinin məlumatda iddia olunur ki, internat direktoru dərs saatlarının verilməsindən pul alır, 673 uşağın yemək pulunun müəyyən hissəsini mənimsəyir və hər uşağa verilən 20 manat yol pulunu özünə götürür. Bu üzdən də hələ də uşaqlara verilən yol pullarının kart sisteminə keçirilməməsinə imkan vermir.

Qeyd olunur ki, üəllimləri təkmilləşdirmə kursuna göndərməklə onlara məxsus dərslərin əvəzçilik qaydasında mənimsəyən direktor həmçinin kursda olan müəllimlərin məvaciblərinin 50%-ni onlardan alır. Bahar Kərimova hər ay müəllimlərin məvaciblərindən 30-40 manat tutur və bu vəsaitləri də öz şəxsi kassasına əlavə edir. Yaşlı müəllimlərin işlərində qalıb işləmələri qarşılığında isə direktorun 500-600 manat pulu rüşvət şəklində aldığı iddia olunur və həmçinin ştatda onlarla «ölü can» saxlayır. İşə alınan hər bir müəllim tərbiyyəçi isə direktora qabaqcadan 5000 manat verir.
 
Maraqlıdır ki, məlumata əsasən 3 nömrəli İnternat Məktəbinin direktoru Bahar Kərimova əvvəl özünü həkim, sonra biologiya müəllimi kimi təqdim etsə də, onun ali təhsili yoxdur. Hətta, o bir bioloq kimi uşaqlara bu fənndən tədris etdiyi dərsi deyə bilmədiyi və jurnalı düzgün doldura bilmədiyi iddia olunur. Daxil olan məlumatda göstərilir ki, Bahar Muradova hamını aldadıb. O sadəcə tibb kollecini bitirib. 2 il bundan əvvəl isə Bahar Kərimova TQDK-nın test imtahanlarından kənar, qanunsuz yolla Nəsrəddin Tusi adına Azərbayxan Pedoqoji Universitetin biologiya fakültəsinə qəbul edilib. O, hazırda universitetin 2-ci kursunda oxuyur və bir neçə ildən sonra “diplom” almağa hazırlaşır. Bildirilir ki, Bahar Kərimova məzuniyyət adı ilə sessiya imtahanlarına gedir.

Qeyd edək ki, 2 il bundan əvvəl ali təhsili olmayan, adi bir tibb bacısının Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli İnternat Məktəbinə direktor təyin edilməsi də maraq doğuran məsələdir. Təbii ki, Təhsil  Nazirliyinin  nəzdində DE-İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyeva Bahar Kərimovanı bu vəzifəyə təyin edən şəxs kimi təbii ki birbaşa məsuliyyət daşıyan şəxsdir və yüzlərlə uşağın taleyini heç bir pedoqoji səriştəsi olmayan bir tibb bacısına həvalə olunması doğurdan ölkəninin təhsil sisteminin hansı səviyədə olduğunun gösətiricisidir.

Onu da qeyd edək ki, Məlahət Hacıyeva bütün internet sahələrini özünün şəxsi biznes sahəsinə çevirib. Bu gün əksər internat məktəbləri ya Məlahət Hacıyevanın qohumları tərəfindən, ya da özünə etibarlı hesab etdiyi şəxslər tərəfindən idarə edilir. Misal üçün Pirşağıda yerləşən 10 saylı internat məktəbinin direktoru Minəvvər Əşrəfova Məlahət Hacıyevanın qudasıdır. 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov isə qardaşı, 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov isə əmisi oğludur. 72 yaşlı anası Mərhəmət Aslanova isə 5 saylı peşə liseyinin direktoru vəzifəsində çalışır. 

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar