Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağlanmış banklara borcu olanlar faiz ödəməlidirmi?


“Lisenziyası ləğv olunmuş banklar Əmanətlərin Siğortalanması Fonduna tapşırılıb”


 “Hazırda bu işlərlə həmin fond məşğuldur”.

“Lisenziyası ləğv olunan bankların faktiki olaraq fəaliyyəti dayanır. Onların əlavə vəsait yığmağa və ya faiz vergisi almağa haqları yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, komitənin iclasında da bununla bağlı bir sıra məsələləri müzakirəyə qoyub:

“Üzvü olduğum komitənin iclasında müzakirəyə qoyduğum məsələlərdən biri də lisenziyası ləğv edilən banklarla bağlı idi. İrəli sürdüyüm müzakirə mövzusuna görə belə bankların rəhbərləri iclasa dəvət olunmalı və bu məsələ ilə bağlı proseslər danışılmalı, ortaq bir qərar qəbul edilməlidir”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bu məsələyə fərqli yanaşır. O deyir ki, bankın bağlanıb-bağlanmamasından asılı olmayaraq, kredit faizləri birmənalı şəkildə ödənilməlidir:

“Bankın bağlanması, lisenziyanın ləğv edilməsi o demək deyil ki, kreditin faizi ödənilməməlidir. Əmanətçilərin bankdakı əmanətlərini götürə bilməsi üçün kredit götürənlər bu faizləri ödəməlidirlər. Yəni bankın fəaliyyətini dayandırması faizlərin ödənilməməsi üçün əsas deyil. Qanuna görə, fəaliyyətini dayandırmış bankdakı əmanətlərin üzərinə faiz gəlmir. Çünki bank müflis olub və onun pulu borcundan azdır, faizləri vermək iqtidarında deyil. Məsələ ondan ibarətdir ki, faizlər verilməsə, əmanətlər də geri qaytarıla bilməz. Bu, həm qanuni nöqteyi-nəzərdən, həm də ədalətli yanaşma ilə belə olmalıdır”.

İqtisadçı ekspert Rəşad Həsənov da kredit faizlərinin alınması ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudlaşdırıcı məqamın olmadığını və kredit götürən şəxslərin əvvəlcədən imzalanmış müqaviləyə əsasən, kredit borclarını bankın özünə və yaxud nəzarətçi quruma ödəməli olduqlarını bildirib:

“Burada əsas məqsəd ondan ibarətdir ki, bankın aktivləri hesabına öhdəliklərinin icrası mümkün səviyyədə yerinə yetirilsin. Yəni söhbət ondan gedir ki, o bankların 90%-i maddi vəziyyətinin pis olması səbəbilə ləğv edilib. Belə bir şəraitdə bankın alacaqları maksimum yüksək qiymətləndirilməlidir. Bura kredit faizləri də daxildir. Maraqlı bir məqam ondan ibarətdir ki, lisenziyası ləğv edilmiş banklar əmanətlərin faizlərini ödəmirlər. Bu, ciddi nöqsanlır. Əgər kreditlərin faizini alırıqsa, əmanətlərə də faizlərin tətbiq edilməsi prosesi paralel olaraq davam etdirilməlidir. Bank ləğvediciləri isə bunu bankın vəziyyətinin pis olması, öhdəlikləri yerinə yetirə bilməməsi və digər bu kimi səbəblərlə izah edirlər. Amma söhbət ədalətli yanaşmadan gedirsə, faiz həm kreditlərə tətbiq edilməlidir, həm də əmanətlərə. Nəzərə alınmalıdır ki, əmanətçi öz əmanət və depozitini banka gələcəkdə gəlir əldə etmək üçün yerləşdirir. O gəlirin kəsilməsi isə bank sektoruna inamsızlığın yaranması ilə nəticələnə bilər”.

Lisenziyası ləğv edilmiş banklarla bağlı danışan hüquqşunaslar isə qanunla belə banklara kredit faizlərinin ödənilməsinin doğru olmadığını bildirirlər. Hüquqşunaslar depozitlərə görə faiz hesablanmadığı kimi, verilən kreditlərə görə də faiz tələb olunmasının qanunla doğru olmadığını söyləyirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar