Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağlanan bankların müştəriləri üsyan edir

Müştərilər pullarının aqibətindən narahatdır


Azərbaycanda bağlanan bankların minlərlə müştərisi ciddi problemlərlə üz-üzə qalıb. 

Ans press-ə şikayətlə müraciət edən müştərilər hesablarındakı pulun aqibəti ilə bağlı heç kimdən dürüst məlumat ala bilmədiklərini, bankomatların möhürləndiyini və plastik kartlarla əməliyyatların dayandırıldığını, həmçinin bankların bağlanmasından öncə həyata keçirdikləri bəzi ödənişlərin sona çatmadığını bildirirlər. 

ANS PRESS-ə müraciət edən Mingəçevir sakini Xaqani Məmmədov bir neçə gün öncə “Texnikabank” ASC vasitəsi ilə ölkədən xaricə göndərilmiş pulun yoxa çıxdığını bildirir: “Gürcüstanda olduğum zaman mənim adıma pul göndərmişdilər. Amma gəlib çatmadı. Burada isə həmin köçürmənin taleyi barədə konkret bir məlumat verə bilmirlər, yenidən Gürcüstana getməyi məsləhət görürlər”. 

Bağlanan bankların telefonları işləmir və müştərilərə heç bir cavab verilmir. Məlumatsız qalan müştərilər problemləri ilə bağlı Mərkəzi Banka müraciət etdikdə isə onlara hüquq şöbəsinə zəng etməyi məsləhət görürlər. Həmin şöbədə belə müştərilərə yalnız bir telefon nömrəsi xidmət edir. Buna görə də bağlanan bankların müştəriləri saatlarla həmin nömrəyə düşə bilmirlər. 

Beləliklə, son günlərdə bağlanmış bankların müştərilərinin “Banklar haqqında” qanunda təsbit olunmuş hüquqları pozulur. Qanuna görə, bankın lisenziyasının alınmasından sonra Mərkəzi Bank bu obyektə müvəqqəti inzibatçı təyin edir. 

Qanuna görə, müvəqqəti inzibatçı təyin olunduğu gündən bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. “Bankın müvəqqəti inzibatçısı bankın satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”,- deyə maddədə bildirilir.

Yəni qanunda banka müvəqqəti inzibatçı təyin olunan gün bankın fəaliyyətinin dayanması ilə bağlı heç bir göstəriş yoxdur. Əksinə, müvəqqəti inzibatçı 60 gün ərzində bankın vəziyyəti barədə məlumat hazırlayaraq Mərkəzi Banka təqdim etməlidir. Həmçinin lisenziyanın ləğv edilməsinə qədər bankın bütün öhdəlikləri qüvvədə qalır. Yəni bağlanan banklar müvvəqqəti inzibatçının idarəsi altında fəaliyyətini tam davam etməlidir. Banklar tam bağlanana və başqa banklarla birləşdirilənə qədər müştərilərə dolğun məlumat verilməlidir. 

Son bir ay ərzində Mərkəzi Bank ölkə üzrə 7 bankın lisenziyasının dayandırılması barədə qərar verib. Bağlanan bankların sırasında "Gəncə Bank" ASC, "Bank of Azerbaijan", “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Atrabank” ASC və “Texnikabank” ASC-nin adı çəkilir. "AGBank" ASC və "DəmirBank" ASC konsolidasiya olunacaqlarını bəyan ediblər. Amma Mərkəzi Bank fevralın 1-də verdiyi qərarla “NBC Bank” ASC-nin lisenziyasını bərpa edib. Beləliklə, ölkədə 38 bank qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar