Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağ evlərində kirayə qiymətləri artır


“Yay mövsümündə mənzil bazarında həmişə korreksiya baş verirdi. Qiymətlər ya sabitləşir, ya da enməyə doğru meyllənirdi. Amma hazırda mənzil bazarında durğunluq hökm sürür”


Bu barədə Modern.az-a daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev məlumat verir.
 
Mənzil bazarında durğunluq...

R.Əliyev deyir ki, son iki ildə bazarın özündə neqativ situasiya olduğu üçün yaz-yay mövsümünün təsiri altında qiymət formalaşması nəzərə çarpmır:
 
 “Yayda müşahidə etdiyimiz qiymət azalmaları bazarın mövcud vəziyyətilə bağlıdır, artıq mövsümi təsirlər müəyyən qədər aradan qalxıb. Adətən bazarın yaxşı vaxtlarında yayda aktivlik artırdı, qiymətlər sabitləşirdi. Son iki ildə vəziyyət o qədər pisdir ki, bu kimi halların bazara təsiri müşahidə olunmur. Onsuz da bazarda mövsümdən asılı olmayaraq durğunluq var. Ümumilikdə isə son bir neçə ayda mənzil bazarında hər hansı dəyişiklik yoxdur. Xüsusilə ilin əvvəlində ipoteka kreditlərinin bərpa olunması bazarda müəyyən qədər aktivlik yaratdı. Təbii ki, ipoteka kreditlərinə müraciətlər çox deyil. Bu, sadəcə nisbi də olsa bazarda süni aktivliyə səbəb olub və psixoloji təsirlərə malikdir. Bəziləri buna görə qiymətlərlə oynayır. Bu dəqiqə bazarın ən böyük problemi ondan ibarətdir ki, ödəmə qabiliyyətli tələbat çox aşağı səviyyədədir. Ona görə də durğunluğun aradan qalxması üçün bazarda tələbat yaranmalıdır. Bunun üçün makroiqtisadi vəziyyət yaxşılaşmalıdır, ucuz maliyyə resurslarına əlçatanlıq yaradılmalıdır. Məhz bu vaxt bazar üzrə gözləntilər yaxşılaşa bilər”.
 
 
“Turist axını kirayə bazarını canlandırır”
 
Ekspertin sözlərinə görə, həmişəki kimi yayın gəlişilə bağ evlərinə tələbat artmaqdadır:
“Hətta bağ evlərinin qiyməti bu aylarda real qiymətindən bir neçə dəfə baha təklif olunur. Hazırda ölkəyə olan turizm axını ilə bağlı kirayə bazarında canlanma müşahidə olunur. Bu xüsusilə şəhərdə olan kirayə mənzillərinə tələbatı artırır. Rusiya, Türkiyə, İrandan gələn turistlərin əksəriyyəti otellərdə qalmaqdansa şəxsi mənzilləri kirayələməyə üstünlük verirlər. Hazırda onların sayı çox olmasa da, bu templə davam edəcəyi təqdirdə sürətli artım gözlənilir. Onu da qeyd edim ki, kirayə evlər turistlərə daha baha qiymətlərlə təklif edilir.

Digər tərəfdən, şəhərin müxtəlif yerlərində başlayacaq söküntülərlə əlaqədar kirayə bazarda canlanma gözlənilir. Düzü, inanmıram ki, söküntülərin miqyası geniş olsun. Çünki belə olacağı təqdirdə evləri sökülənlər kirayəyə çıxacaq. Ona görə mən belə bir şey olacağını gözləmirəm. Əgər birdən-birə kütləvi söküntü baş verərsə, bazarda gərginlik yaranacaq. Bundan başqa, tələbələrin əksəriyyəti imtahanlardan sonra bölgələrə qayıdacaq. Bu isə həmişə olduğu kimi mövsümi xarakter daşıyır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar