Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Badamdarda köhnə binaların sökülməsində qalmaqal yaşanır


Badamdarda köhnə binaların sökülməsində qalmaqal yaşanır: “Bizə zəmanət versinlər”


Artıq Bakıda ikimərtəbəli köhnə binaların sökülməsinə start verilib. Bir çox qəsəbələrdə sakinlərin köçürülməsinə başlanılıb. Lakin gözlənildiyi kimi , bu proses heç də hər yerdə qalmaqalsız ötüşmür. 

Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 11/13 ünvanında da köhnə ikimərtəbəli binaların söküntüsünə başlanılıb. Pilot layihə çərçivəsində aparılan söküntü prosesində mənzil sahibləri ilə podradçı şirkət arasında qalmaqal yaşanıb. 

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, məsələni yerində araşdırıb.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, söküləcək olan iki binanın sakinləri tam köçürülməyib. 

Ümumilikdə, yanaşı yerləşən iki binada yaşayan 24 ailədən 16-sı köçürülüb. Qalan 8 ailə isə müəyyən səbəblərdən köçürmə şərtləri ilə razılaşmayıblar. Məsələyə aydınlıq gətirmək üçün binada qalan sakinlərlə görüşdük. 

Onlar iddia edir ki, pilot layihə çərçivəsində iş aparan şirkət qanuni sənəd göstərmədən söküntüyə başlamaq niyyətindədirlər və artıq buna da nail olublar. Köçürülən 16 ailənin mənzillərində söküntü işlərinə başlanılıb. 

Qeyd edək ki, sökülən iki binanın sakinləri üçün şirkət bir qədər aralıda yeni binanın tikintisinə başlayıb. Artıq həmin binanın 5 mərtəbəsi tikilib. Tikintinin təxminən 18-24 aya başa çatacağı gözlənildiyindən köçürülən sakinlər kirayə evlərdə yerləşdirilib və onların aylıq kirayə haqları şirkət tərəfindən ödənilir. Lakin problem orasındadır ki, evlərindən çıxarılan sakinlərə yeni mənzilin nə zaman təhvil veriləcəyini, neçə kvadratlıq mənzilə köçürüləcəklərini əks etdirən, hazırki evlərinin sökülməyə getməsini təsdiqləyən heç bir sənəd verilmir. Yəni , sakinlərə heç bir zəmanət verilmir ki, şirkət iflasa uğrasa və ya mənzilləri paylamaqdan imtina etsə, onların mülkiyyət hüququ təmin olunacaq.

Adının çəkilməsini istəməyən sakin bildirdi ki, məhz bu səbəbdən evlərini tərk etməyiblər, lakin söküntü gedən binada yaşamaq da onlar üçün asan deyil: “Doqquz aydır ki, bu vəziyyətdə yaşayırıq. Hər tərəfimizi qapadıblar. Toz-torpaq içindəyik. Hər binada 12 mənzil var. 

Bizim binada 6 ailə, digər binada isə 2 ailə qalıb. Köçənlərin əksəriyyəti ruslar idi. Kimini qorxutdular, kiminə isə yalan vəd verib, köçürdülər. Biz işin qanuni yolla aparılmasını tələb edirik. 

Şirkət bizə yeni bina tikilənədək müvvəqqəti olaraq kirayə evlərə köçməyi təklif edir. Biz hökümətin pilot layihəsini dəstəkləyirik və buna qarşı deyilik. Həmin şirkət ilk öncə vətəndaşları razı salmalıdır. 

Heç bir iş kor-koranə aparılmalıdır. Dövlətin qayda-qanunu var. Bizim onlardan tələbimiz odur ki, 18 ay müddətində hazır olacaq binanın layihəsi və bizə veriləcək mənzilin xəritəsini indidən təqdim etsinlər. Podratçı şirkət isə bunun mümkünsüz olduğunu və bina inşa olunduqdan sonra layihənin təqdim oluncağını bildirir. Bir sözlə, qaranlıq qalan məqamlar var. Nə bilmək olar, bəlkə sabah bina inşa olandan sonra bizi binanın zirzəmisində ev verəcəklər... Və yaxud uzaq bir qəsəbədə ikiotaqlı mənzil alıb, oraya yerləşdirəcəklər”.

Sakinlərlə podratçı şirkətin qalmaqalı Səbayel Rayon İcra başçısını da narahat edib. Onların dediyinə görə, icra başçısı söküntü aparılacaq ünvanda olub, sakinlərlə görüşüb. Layihənin dövlət tərəfindən aparıldığını bildirib və sakinlərə binanı tərk etməyi tapşırıb.

Sakinlər icra başçısı ilə görüş zamanı da ona qaranlıq qalan məqamlardan danışıblar: “İcra başçısı bizimlə görüşdü. Köçməyənlərə xəbərdarlıq etdi. Ona bildirdik ki, podratçı şirkət bizə qanuni sənənd göstərmir. Elə pilot layihədir deyib, tez-bazar köçürmək niyyətindədirlər. Bir sözlə, lazım olan qanuni sənəd təqdim etmirlər. Şirkətdən tələbimiz bizə veriləcək mənzilin və binanın eskiz layihəsidir. Neçənci mərtəbədən və neçə kvadratmetr mənzil verəcəkləri barədə sənəd təqdim etməlidirlər. Podratçı şirkətin məsul şəxsləri ilə bu barədə dəfələrlə danışıq aparmışıq. Bildiriblər ki, bina tikildikdən sonra bölgü işləri aparılacaq. Çox maraqlıdır, binanın “çertyoj”u olmadan necə iş aparırlar? Nə bilmək olar sabah bəlkə həmin şirkət müflis oldu. Bizim aylıq kirayə haqlarımızı kim verəcək? Sökülən evlərimizi kim qaytaracaq? Bizim qorxumuz budur... İcra başçısı isə “Bizə zəmanət verirsinizmi? sualına isə cavab olaraq bildirdi ki, “mən heç kimə zamin deyiləm”.

Məsələ ilə bağlı qarşı tərəfin, podratçı şirkət nümayəndələrinin mövqeyini də öyrənməyə çalışdıq. 

Məlum oldu ki, söküləcək binanın sakinləri Tofiq Məmmədov küçəsi 8 ünvanında tikilməkdə olan 16 mərtəbəli binaya köçürüləcək. Ərazidə olduğumuz zamanı binada tikinti prosesi gedirdi. Artıq binanın 4 mərtəbəsi inşa olunub. Öyrəndik ki, tikintini aparan “SMT” adlı şirkətdir. İş icraçısı isə Hacı Namiq və Ceyhun adlı şəxslərdir.

Məsələ ilə bağlı Hacı Namiqlə görüşüb, onların da mövqeyini öyrəndik. Məsul şəxs onlarla razılaşmayan sakinlərin narazılığını belə əsaslandırdı: “Tikinti işləri pilot layihə çərçivəsində aparılır. Şirkətimiz bir çox yerlərdə bu kimi işlər aparıb, heç birində də problemlə qarşılaşmamışıq. 

Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsindəki ikimərtəbəli binalar artıq yararsız haldadır. Pilot layihəyəyə uyğun olaraq, məqsədimiz insanları kirayə evlərə köçürüb, yerində yeni bina tikməkdir. 

Daha sonra həmin binada yeni mənzillə təmin etməkdir. Sakinlərin çox hissəsi bizimlə razılaşıb, kirayələrə köçürülüb. İki il müddətində aylıq kirayə haqları bizim tərəfimizdən ödənilir. Bəzi sakinlər inadkarlıq edir, bəziləri isə karlı çıxmaq üçün tələblər irəli sürürürlər. Misal üçün, bir mənzil sahibi ailəsinin böyük olduğunu əsas gətirib, tələb edir ki, ona iki mənzil verilsin. Bu isə mümkünsüzdür. 

Bu səbəbdən də, binanı tərk etmirlər. Digər məqam odur ki, insanlar bizə inanmır. Elə bilirlər ki, onlar evsiz qalacaq. Sakinlərin narazılığına görə Səbail Rayon Polis İdarəsinin nümayəndələri, Səbaill rayon icra başçısı hadisə yerinə gəldi. Sakinlərə də bildirildi ki, narahat olmasınlar”.

Şirkət nümayəndəsindən tikinti aparmağa dair hüquqi sənədləri göstərməsini istədik. O isə, sənədlərin yerləşdiyi otağın bağlı olduğunu əsas gətirərək bundan imtina etdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar