Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BQXK Dilqəmv və Şahbazla bağlı açıqlamaya münasibət bildirib

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan ombudsmanı Elmira Süleymanovanın mətbuata açıqlamasına münasibət bildirib


BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki,  BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmir, saxlanan şəxslərin sərbəst buraxılmasını təbliğ etmir.
 
İ. Hüseynova diqqətlərinin bütün saxlanılan şəxslərlə insani rəftar və məqbul saxlanma şəraitinin təmin olunmasında cəmləşdirdiklərini nəzərə çatdırıb: “Biz xüsusilə də, saxlanılan şəxslərlə onların ailələri arasında əlaqələri bərpa etməklə, həmçinin ailələrinin əziyyətlərini azaltmağa çalışırıq. Cenevrə konvensiyaları tərəflərin silahlı münaqişə zamanı öhdəliklərini müəyyənləşdirən - qüvvədə olan və ən geniş şəkildə qəbul edilmiş - beynəlxalq müqavilələrdir. Onlar həmçinin BQXK-nın fəaliyyəti zamanı əsaslandığı sənədlərdir. Bu konvensiyalar müdafiə altında olan insanları məhkəmə prosesindən azad etmir. Cenevrə Konvensiyaları hüquqi təminatlara hörmət tələb edir”.
 
Qeyd edək ki,  E. Süleymanova mətbuata açıqlamasında deyib ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb, onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar