Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

BP və tərəfdaşları Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollar investisiya yatırıb

"25 il ərzində bizim məxsus olduğumuz layihələr üzrə partnyorlarla birlikdə Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollardan artıq investisiya qoyulub"


Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə Azəri-Çıraq-Günəşli layihəsi üzrə 3,3 mlrd. barel neft hasil olunub.

"32 milyard kubmetr səmt qazı təmənnasız olaraq hökumətimizə təqdim edilib. "Şahdəniz" layihəsi üzrə 89 milyard kubmetr qaz hasil olunub və 176 milyon barel kondensat nefti dövlətə təhvil verilib", - deyə B.Aslanbəyli əlavə edib."APA-Economics"

pia.az
Etiket:
loading...