Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

BNA: “Marşrutlar dəyişdirilib, yolayrıcları nəzarətə götürülüb”


Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb


Agentlikdən APA-ya verilən məlumata görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.

"Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək" deyə, məlumatda qeyd olunub.

Həmçinin, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır".

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edib ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə ehtiyatlı və diqqətli olsunlar.

pia.az
Etiket:
loading...