Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT və ABŞ-dan Qarabağda helikopterin vurulmasına münasibət


BMT baş katibi Ban Ki Mun və ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki noyabrın 12-də Ağdam yaxınlığındakı təmas xəttində erməni qüvvələrə məxsus helikopterin vurulmasına reaksiya veriblər


Onlar AzərbaycanErmənistanı atəşkəsə riayət etməyə və konflikti dinc vasitələrlə həll etməyə çağırıblar.

BMT baş katibinin sözçüsü Farhan Haq qurumun rəhbərinin ATƏT Minsk Qrupunun həmsədrlərinin insidentlə bağlı narahatlıqlarını paylaşdığını bildirib.  Cənab Ban öz sözçüsü vasitəsilə təmas xəttində atəşəkəsin pozulması, o cümlədən erməni helikopterinin vurulmasının konfliktin dinc yolla həllinə maneə törətdiyini bildirib.  “Baş katib tərəfləri yerdə konfliktin eskalasiyasına gətirib çıxaracaq əməllərdən çəkinməyə çağırır və ATƏT Minsk Qrupunun vasitəçilik səylərinə tam dəstəyini ifadə edir,” deyə Farhan Haq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki helkopterdə həlak olanların ailə üzvlərinə başsağlığı verərək rəsmi Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirib.  “Bu insident bir daha atəşkəsə riayət etməyin mühümlüyünü və münaqişənin dinc yolla həllinin vacibliyini xatırladır,” deyə xanım Psaki bildirib. 

Noyabrın 12-də yerli vaxtla saat 13:45 radələrində Ermənistan-Azərbaycan cəbhəsinin Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri Azərbaycan mövqelərinə yaxın ərazidə vurulub. Helikopterin üç nəfərlik ekipajı həlak olub ("Amerikanın səsi").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar