İnsident Əz-Zaviyə yaşayış məntəqəsində baş verib
Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həəbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.
Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar.
Onların arasında əcnəbilər də var.
pia.az