Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT baş katibi gələn il Azərbaycana səfər edəcək



Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşüb


Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin salamlarını baş katibə çatdıran Əli Həsənov konfransa dəvətə görə təşəkkürünü bildirib.
 
Ə.Həsənov deyib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək.
 
Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Ə.Həsənov münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini nəzərə çatdırıb: "Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur". Ə.Həsənov Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışıb. Sonda Ə. Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.
 
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcəyini açıqlayıb. Pan Gi Mun bir neçə dəfə Azərbaycan prezident İlham Əliyev ilə görüşdüyünü, onun fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. BMT baş katibi Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini vurğulayıb.
 
Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar