Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin qiymətləndirmə missiyasının nümayəndələri Tərtərdə olublar

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali
Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri
Tərtər rayonunda olublar


Mayın 5-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.

Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcədə təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır.  7 nəfər mülki şəxs yaralanmış, 2 nəfər məcburi köçkün Ağdam rayonundan məcburi köçkün 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayonundan məcburi köçkün 2000-ci il təvəllüdlü  Həsənova Turanə Kamandar qızı dünyasını dəyişmişdir. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanmışdır. 

Həmçinin Ağdam rayonundan məcburi köçkün 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır. Hal-hazırda hər iki yaralının Bakı şəhərində müalicəsi davam etdirilir. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin 51 evi dağılmış, 198 məcburi köçkün bir daha evsiz-eşiksiz qalmışdır. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəymişdir. 

Eyni zamanda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatına da ciddi ziyan dəymişdir. Belə ki, payızlıq dənli bitkilərin suvarılması və yazlıq bitkilərin əkilməsinə çətinlik yaranmışdır. Məcburi köçkünlərin 46 baş iribuynuzlu, 157 baş xırdabuynuzlu heyvanları və 2430 ədəd ev quşları tələf olmuşdur. 100 hektarlarla əkin sahələri partlamayan hərbi sursatla çirklənmişdir. Hal-hazırda həmin ərazilərin partlamayan hərbi sursatlardan təmizlənməsi üçün ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilir. Bu günə kimi 241 partlayış nöqtəsinə baxış keçirilmiş, həmin ərazilərdən 49 ədəd partlamamış hərbi sursat və İncə çayı vasitəsi ilə düşmən tərəfindən axıdılan 2 ədəd piyada əleyhinə mina götürülərək zərərsizləşdirilmişdir.

Faktlardan göründüyü kimi erməni təxribatçıları Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara əməl etmir, mülki insanları, yaşayış məntəqələrimizi atəşə tuturlar.

Sonra nümayəndələr daha çox dağıntıya məruz qalmış Qapanlı kəndində olmuş, dağılmış evlərə baş çəkmiş, məcburi köçkünlər və yerli sakinlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar